İş yerində yanğın təhlükəsi yarada biləcək əşya və predmetləri uzaqlaşdırmaq;
Elektrik və qaz qaynağı aparatlarını işə hazır vəziyyətə gətirmək;
Elektrik və qaz qaynağı işlərini həyata keçirmək və görülən işin keyfiyyətinə nəzarət etmək;
Tələbdən asılı olaraq müxtəlif qaynaq növlərində qaynaq etməyi bacarmaq;
Günlük iş planına və qaynaq proseduruna uyğun olaraq qaynaq etmək;
Qaynaq üçün istifadə ediləcək materialların düzgün ölçüsü, növü və sayını müəyyənləşdirmək, əldə etmək və onların işin xüsusiyyətlərinə uyğunluğunu yoxlamaq;
İş planına və iş yeri qaydalarına uyğun olaraq potensial təhlükələri müəyyənləşdirmək, qabaqlayıcı və ya nəzarət tədbirləri görmək;
İş ərazisini işin tələblərinə və iş yeri qaydalarına uyğun olaraq hazırlamaq.
İşləri plana uyğun şəkildə digər işə cəlb olunanlar ilə və ya işlə əlaqəli şəxslərin iştirakı ilə həyata keçirmək;
Avadanlıqları kənar təsirlərdən qorumaq üçün təhlükəsiz yerdə saxlamaq;
İş sahəsini ərazi və müəssisə prosedurlarına uyğun şəkildə tullantılardan təmizləmək, təhlükəsiz iş şəraitini təmin etmək;
Qurğular, alətlər və avadanlıqları ərazi və müəssisə prosedurlarına uyğun şəkildə saxlamaq və yerləşdirmək;
İşdən əvvəl müvafiq təlimatlardan istifadə etmək və işə hazırlaşmaq:
Qaynaq işlərinin ardıcıllığını planlaşdırmaq;
İş üçün lazım olan alət və avandalıqların nasazlıqlarını və ya istismar qüsurlarını yoxlamaq;
Xidmət barədə hesabatı rəhbərliyə çatdırmaq;
İş vaxtının sonunda elektrik cərəyanına birləşdirilən bütün avadanlıqları cərəyandan ayırmaqla iş yerini təmizləmək;
Bütün daxili prosedur, təlimat və qaydalara riayət etmək.
Tələblər
Elektrik qaynaq avtomat və yarım avtomatların, qaz qaynağı və kəsən aparatların quruluşunu və iş prinsipini bilməli;
Qaynaq koduna uyğun olaraq keyfiyyətli qaynaq etməyi bacarmalı;
Qaynaq zamanı müdafiənin təmin olunması qaydalarını bilməli;
Qaynaq birləşmələrinin növlərini və tikişin tipini bilməli;
Qaynaq olunacaq məmulatların qaynağa hazırlanması qaydalarını bilməli;
Qaynaq zamanı istifadə olunacaq elektrodların, metalların tərkibini və növün bilməli;
Ən azı 1 illik qaynaqçı təcrübəsi olmalı;
Sürət, gərginlik və amper tənzimləmək üçün qaynaq prosesini müşahidə etmək və problemləri müəyyənləşdirə bilmək bacarığı olmalı;
Əlavə iş vaxtında və ehtiyac olduqda növbəli iş rejimində işləmək imkanı olmalı;
Tələbdən asılı olaraq müxtəlif qaynaq növlərində qaynaq etməyi bacarmalı;