Prime Cotton
Ana səhifə
/
/
/
İstehsalat şöbəsinin müdiri (Mingəçevir)

İstehsalat şöbəsinin müdiri (Mingəçevir)

Bu gün

18

Təsvir

  • Müəssisənin istehsal strategiyasının hazırlanmasında iştirak etmək və icrasına nəzarət etmək;
  • İdarəçiliyində olan istehsal sahələrinin fəaliyyətini planlaşdırmaq, təşkil etmək və koordinasiya etmək;
  • İstehsal planlarının vaxtında və keyfiyyətlə icrasını təmin etmək;
  • İstehsal güclərindən səmərəli istifadəyə nəzarət etmək və məhsuldarlığın artırılması üzrə tədbirlər həyata keçirmək;
  • Texnoloji proseslərin müəyyən edilmiş standart və normativ tələblərə uyğun aparılmasını təmin etmək;
  • İstehsalat avadanlıqlarının istismarı, texniki baxışı və təmir proseslərinə rəhbərlik etmək;
  • Avadanlıqların fasiləsiz və təhlükəsiz fəaliyyətinin təmin olunmasına nəzarət etmək;
  • Xammal, enerji və digər resurslardan səmərəli istifadəni təşkil etmək;
  • İstehsal proseslərində yaranan problemləri operativ şəkildə müəyyən etmək və aradan qaldırılması üçün tədbirlər görmək;
  • İstehsal göstəricilərinin təhlilini aparmaq və rəhbərliyə müvafiq hesabatlar təqdim etmək;
  • İstehsal proseslərinin təkmilləşdirilməsi və optimallaşdırılması layihələrinə rəhbərlik etmək;
  • Müəssisənin modernizasiya layihələrinin hazırlanması və həyata keçirilməsində iştirak etmək;
  • Şöbənin illik və aylıq büdcəsinin hazırlanmasını və icrasına nəzarəti təmin etmək;
  • Tabeliyində olan əməkdaşların fəaliyyətini qiymətləndirmək, inkişaf planlarını hazırlamaq və onların peşəkar inkişafını dəstəkləmək;
  • Şöbələrarası əməkdaşlığın təmin olunması və istehsalatla bağlı məsələlərin koordinasiyasını həyata keçirmək;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekoloji tələblərin yerinə yetirilməsinə nəzarət etmək;
  • Daxili prosedurların, qaydaların və normativ sənədlərin tələblərinə riayət olunmasını təmin etmək;
  • Keyfiyyət idarəetmə sisteminin tələblərinə uyğun fəaliyyət göstərmək və audit proseslərində iştirak etmək;
  • Risklərin müəyyənləşdirilməsi və azaldılması istiqamətində tədbirlərin həyata keçirilməsini təmin etmək;
  • Rəhbərlik tərəfindən verilən digər xidməti tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.


Tələblər

  • Ali təhsil (Mühəndislik, Sənaye mühəndisliyi, Mexanika mühəndisliyi, Elektrik mühəndisliyi, İstehsalatın idarə olunması və ya əlaqəli sahələr üzrə);
  • İstehsalat sahəsində minimum 7 il, rəhbər vəzifədə minimum 3 il iş təcrübəsi;
  • İstehsal proseslərinin idarə olunması və optimallaşdırılması sahəsində praktiki təcrübə;
  • Texnoloji proseslər, avadanlıqların istismarı və texniki xidmət üzrə dərin biliklər;
  • İstehsal planlaşdırılması və istehsal gücünün idarə olunması bacarığı;
  • Büdcələşdirmə və xərclərin idarə olunması üzrə təcrübə;
  • ISO 9001, ISO 14001 və ISO 45001 standartları üzrə bilik və ya sertifikatların olması üstünlükdür;
  • Əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və ekoloji tələblər üzrə biliklər;
  • Azərbaycan dilində sərbəst, ingilis dilində yaxşı səviyyədə bilik;
  • MS Office proqramlarında, xüsusilə Excel proqramında yüksək səviyyədə işləmə bacarığı;
  • AutoCAD, SolidWorks, Inventor və digər mühəndislik proqramlarında işləmək bacarığı;
  • Liderlik və komanda idarəetmə bacarıqları;
  • Analitik düşünmə və problem həll etmə bacarıqları;
  • Planlaşdırma, təşkilatçılıq və prioritetləri düzgün müəyyən etmə bacarığı;
  • Dəyişikliklərin idarə olunması və nəticəyönümlü yanaşma. 


Vakansiya haqqında

Son tarix

July 19, 2026

Paylaşılıb

iyun 19, 2026

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

Rəhbər

Təhsil

Bakalavr

Kateqoriya

Digər