Prime Cotton
Ana səhifə
/
/
/
Keyfiyyət üzrə mütəxəssis (Şirvan)

Keyfiyyət üzrə mütəxəssis (Şirvan)

Dünən

144

Təsvir

  • Filialın istehsal etdiyi məhsulların keyfiyyətinə nəzarətin aparılması, standart və texniki şərtlərin nümunələrlə və texniki sənədlərlə təsdiq edilmiş tələblərinə, müqavilələrin şərtlərinə uyğun olaraq işlərin yerinə yetirilməsi, istehsalat intizamının möhkəmləndirilməsi, məhsulun yüksək texniki səviyyəsi və keyfiyyətinin təmin edilməsi üzrə işlərin təşkili;
  • Yağ-Rafinasiya sexində emal olunan təmizlənmiş pambıq yağının keyfiyyətinə nəzarət;
  • Yağ-Jımıx press sexində istehsal olunan qara yağın və jımıxın keyfiyyətinə nəzarət;
  • Çiyid sexində xammalın növlər üzrə yığılmasına və saxlanılmasına nəzarət;
  • Filiala daxil olan ehtiyatların yoxlanılması, onların keyfiyyətinin standart və texniki şərtlərə uyğunluğu barədə rəylərin hazırlanması, istehsalat prosesinin bütün mərhələlərində xammalın və hazır məhsulun müəssisənin bölmələrində və anbarlarda düzgün saxlanılmasına əməl olunmasına nəzarət;
  • Məhsulun keyfiyyətinin yüksəldilməsi məqsədilə keyfiyyətin idarə edilməsi sisteminin, nəzarət əməliyyatlarının mexanikləşdirilməsi və avtomatlaşdırılmasını nəzərdə tutan daha mükəmməl nəzarət metodlarının yaradılması, məhsulun qüsursuz təhvili sistemlərinin tətbiqi üzrə tədbirlərin hazırlanması.

Tələblər

  • Məhsulun keyfiyyətinin idarə edilməsi üzrə metodiki və digər normativ sənədləri bilməlidir;
  • Məhsulun keyfiyyətinin yüksəldilməsinin planlaşdırılması metodlarını bilməlidir;
  • Müəssisənin məhsulunun istehsal texnologiyasını bilməlidir;
  • Keyfiyyət üzrə mütəxəssisin fəaliyyət dairəsinə daxil olan vəzifələr üzrə rəhbərliyin birdəfəlik xidməti tapşırıqlarını, sərəncam və göstərişlərini bilməlidir;
  • İqtisadiyyatın, əmək və istehsalın təşkilinin əsaslarını bilməlidir;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğına qarşı müdafiənin norma və qaydalarını bilməlidir.

Vakansiya haqqında

Son tarix

September 10, 2025

Paylaşılıb

avqust 11, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Orta səviyyəli

Təhsil

Bakalavr

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı