Avtomobillərin yanacaqla, sürtkü materialları və soyuducu mayelərlə doldurulması;
Avtomobilin texniki vəziyyətinin yoxlanılması və əraziyə çıxmazdan əvvəl qəbulu, avtotəsərrüfata qayıtdıqdan sonra maşının təhvil verilməsi və ona ayrılmış yerə qoyulması;
İş zamanı qarşıya çıxan və mexanizmin sökülməsini tələb etməyən xırda nasazlıqların aradan qaldırılması;
Avtomobilin vaxtaşırı servislərdə texniki vəziyyətinin yoxlanılması;
Ehtiyac yarnan zaman aqronomlar, anabardarlar və digər filial əməkdaşlarının əraziyə, digər filiallara aparılması;
Filial rəhbərinin digər göstərişləri.
Tələblər
Xidmət edilən avtomobillərin təyinatı, quruluşu və işləmə prinsipini bilməli;
Avtomobillərin yol hərəkəti və texniki istismarı qaydasını, hərəkətin təhlükəsizliyinin əsaslarını bilməlidir;
Avtomobilin istismarı prosesində üzə çıxan nasazlıqların əlamətlərini, səbəblərini və təhlükəli nəticələrini, onların aşkar edilib düzəldilməsi üsullarını bilməlidir;
Akkumulyator batareyalarının və avtoşinlərin istismarı qaydasını bilməlidir;
Avtomobilin idarə olunması zamanı onun təhlükəsizliyinə təsir edən hava şəraitini, yol-nəqliyyat hadisələrinin qarşısının alınması yollarını (imkanlarını), radio qurğularının quruluşunu bilməlidir.