Prime Cotton
Ana səhifə
/
/
/
Texniki laborant (Beyləqan)

Texniki laborant (Beyləqan)

07-08-2025

123

Təsvir

  • Xam pambığın analizini apararaq nəmlik və zibillilik göstəricilərinin təyin edilməsinə nəzarət etmək;
  • Hazır məhsulların (mahlıc, tiftik, çiyid) analizi və təhlilini həyata keçirmək;
  • İş proqramına uyğun olaraq materialların yığılması və emalı prosesində iştirak etmək;
  • Tədqiqat işləri çərçivəsində laboratoriya analizlərinin və ölçmələrin aparılması;
  • Müvafiq təlimatlara əsasən cihaz və aparatların yoxlanılması, kalibrlənməsi və tənzimlənməsini təmin etmək, eksperimentlərdə aktiv iştirak etmək;
  • Metodik materiallara əsasən analiz və sınaq nəticələrini emal etmək, sistemləşdirmək, sənədləşdirmək və qeydiyyatını aparmaq.

Tələblər

Təhsil:

  • Ali və ya orta ixtisas təhsili (Texniki, kimya, kənd təsərrüfatı və ya əlaqəli sahələr üzrə).


İş təcrübəsi:

  • Müvafiq sahədə 2 il iş təcrübəsi.


Texniki bilik və bacarıqlar:

  • Analiz və tədqiqat metodlarını bilmək, texniki və normativ sənədlərlə işləmək bacarığı;
  • Laboratoriya avadanlıqları və nəzarət-ölçü cihazlarının quruluşu və istismar qaydaları haqqında biliklər;
  • Əmək və istehsalatın təşkili, əməyin iqtisadi əsasları barədə ümumi məlumatlılıq;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə üzrə norma və qaydalara əməl etmək.


Əlavə bacarıqlar (arzuolunandır):

  • Analitik düşüncə və dəqiqlik;
  • Komandada işləmək və peşəkar əməkdaşlıq bacarığı;
  • Məsuliyyətli və diqqətli yanaşma;
  • MS Office və ya laboratoriya proqram təminatı ilə işləmək bacarığı.

Vakansiya haqqında

Son tarix

September 6, 2025

Paylaşılıb

avqust 7, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Orta səviyyəli

Təhsil

Orta təhsil

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı