Prime Cotton
Ana səhifə
/
/
/
Traktorçu (Ağcabədi)

Traktorçu (Ağcabədi)

  • Prime Cotton
  • Ağcabədi şəhər, ÜşHacıbəyli p-ti 257
  • Tam ştat

Dünən

44

Təsvir

  • Traktor idarə etmək hüququ verən vəsiqə, etibarnamə və ya yol vərəqəsini iş zamanı üzərində daşımaq;
  • İşə başlamazdan əvvəl traktorun bütün mexanizmlərini, əyləc sistemini, təhlükəsizlik cihazlarını və digər texniki qurğularını yoxlamaq;
  • Traktorda aşkar olunmuş texniki nasazlıqların aradan qaldırılmasında iştirak etmək;
  • İş zamanı texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına ciddi şəkildə riayət etmək;
  • Texnoloji rejim normalarına, texnoloji reqlamentlərə və istehsalat təlimatlarına əməl etmək;
  • Filial rəhbərliyinin göstərişlərini operativ şəkildə yerinə yetirmək;
  • Traktorda kənar şəxslərin olmasına yol verməmək;
  • Traktora yükləmə işləri apararkən təhlükəsizlik qaydalarına riayət etmək, mövcud yükqaldırma qabiliyyətindən artıq yükləməyə icazə verməmək;
  • Traktorun idarəedilməsi zamanı sürət həddinə ciddi şəkildə əməl etmək;
  • Aqrotexniki işlərin yerinə yetirilməsi zamanı tətbiq olunan bütün qayda və normativlərə riayət etmək;
  • Traktor qoşqularına, lafetlərinə adam mindirmək və ya lafeti adam daşımaq məqsədilə istifadə etmək qəti qadağandır;
  • Dərman səpən qurğularda dərman preparatlarının hazırlanması yalnız ərazi nümayəndəsinin iştirakı ilə həyata keçirilməli və uyğun Fərdi mühafizə vasitələrindən (FMV) istifadə edilməlidir;
  • HSE/02/054 “Traktorçu üçün əməyin mühafizəsi təlimatı”nda qeyd olunan təhlükəsizlik qaydalarına tam riayət edilməlidir;
  • Tələb olunduqda, kombayn və digər xüsusi texnikanı (müvafiq hüquq və səlahiyyət olduğu təqdirdə) idarə etmək;
  • Kombayn və ya digər xüsusi texnika ilə aqrotexniki və digər işlərin (texnikanın spesifikasiyasına uyğun olaraq) yerinə yetirilməsi.

Tələblər

Təhsil:

  • Orta və ya texniki peşə məktəbi təhsili


İş təcrübəsi:

  • Analoji sahədə minimum 1 il iş təcrübəsi


Texniki biliklər və hüquqi tələblər:

  • Traktor və özüyeriyən vasitələri idarə etmək üçün qüvvədə olan sürücülük vəsiqəsi (müvafiq kateqoriyalar üzrə);
  • Traktorçu vəzifəsinə dair normativ sənədləri, o cümlədən Əmək Məcəlləsini, müəssisədaxili qaydaları və texniki təlimatları dərindən bilməli və gündəlik fəaliyyətində rəhbər tutmalıdır.


Üstünlüklər:

  • Aqrar sektorda, xüsusilə pambıqçılıq və ya mexanikləşdirilmiş sahələrdə təcrübə;
  • Kombayn və digər kənd təsərrüfatı texnikalarının idarə olunması üzrə bacarıqlar və sertifikatlar.


Vakansiya haqqında

Son tarix

September 6, 2025

Paylaşılıb

avqust 7, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı