"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti

Hüquqşünas

03-09-2024

916

Bağlanılıb

Təsvir

“Rabitəbank” ASC Komplayens departamentində hüquqşünas vəzifəsinə işə qəbul elan edir.

 

Ölkənin ən iri banklarından biri olan “Rabitəbank” ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.


Vəzifə öhdəlikləri:


  • Komplayens sahəsi üzrə normativ bazanın hazırlanması və yenilənməsi;
  • Qanunvericilikdə Komplayens məsələlərinə aid hüquqi aktlarda dəyişikliklərin araşdırılması və Bankda tətbiqi;
  • Komplayens sahəsində proseslərin və aktların tənzimlənməsi üçün təkliflərin verilməsi;
  • Bankdaxili qaydalar üzrə Komplayens baxımından uyğunluğun yoxlanılması və rəylərin hazırlanması;
  • Komplayens risklərinin qiymətləndirilməsi prosesinin həyata keçirilməsində iştirak etmək;
  • Bankın fəaliyyəti üzrə proseslərdə Komplayens risklərinin müəyyən edilməsi və aradan qaldırılmasına dair təkliflərin verilməsi;
  • Bankın partnyorları və müştəriləri üzrə işgüzar münasibətlər zamanı komplayens riskləri üzrə hüquqi məsələlərin müəyyən edilməsi və müvafiq rəylərin hazırlanması.

Tələblər

  • Ali təhsil (Hüquq, Beynəlxalq hüquq, İqtisadi hüquq və s. oxşar sahələr);
  • Müvafiq sahədə azı 1 il iş təcrübəsinin olması və ya təcrübə proqramında iştirakın olması;
  • Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilmək (Rus dili arzuolunandır);
  • MS Office proqramları ilə yüksək səviyyədə işləmək bacarığına malik olmaq;
  • Analitik düşünmə qabiliyyətinə malik olmaq.

Vakansiya haqqında

Son tarix

oktyabr 13, 2024

Paylaşılıb

sentyabr 3, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə