"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti
Ana səhifə
/
/
/
Portfelə nəzarət və monitorinq şöbəsində Aparıcı mütəxəssis

Portfelə nəzarət və monitorinq şöbəsində Aparıcı mütəxəssis

17-09-2024

11.8K

Bağlanılıb

Təsvir

“Rabitəbank” ASC Daxili Nəzarət Departamentinin Portfelə nəzarət və monitorinq şöbəsində Aparıcı mütəxəssis vəzifəsinə işə qəbul elan edir.

 

Ölkənin ən iri banklarından biri olan “Rabitəbank” ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.


Vəzifə öhdəlikləri:


  • Azərbaycan Respublikasının Mərkəzi bankının müvafiq qayda və təlimatları bilmək və onlara riayət etmək;
  • Qayda və protokol əsasında gündəlik verilən kreditlərə nəzarət etmək və verilən kreditlər üzrə kənarlaşmalar aşkarlandığı zaman müvafiq prosedurlara əsasən məlumat vermək;
  • Planlı və növbədən kənar kreditlərinin monitorinqini həyata keçirmək və monitorinqlərin nəticəsi olaraq məlumatları vermək;
  • Filialdaxili Kredit Komitələrinin fəaliyyətini qiymətləndirmək;
  • Kredit portfeli təhlil etmək, nəzarət etmək, kredit rikslərinin müəyyən edilməsində iştirak etmək;
  • Kredit məhsullarının yaradılmasında iştirak etmək və tövsiyyələri vermək.

Tələblər

  • Ali iqtisadi təhsil;
  • Müvafiq sahədə azı 1-3 il iş təcrübəsinin olması; (SME və Mikro kreditləri sahəsində təcrübəsi olanlara üstünlük verilir)
  • Analitik düşüncəyə malik olmaq;
  • İdarəetmə, nəzarət etmə və təşkilatçılıq qabiliyyətinin olması;
  • Komandada işləmək bacarığının olması;
  • Operativ və düzgün qərar vermək bacarığının olması;
  • Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət göstəricilərə malik olması;
  • Təşəbbüskarlıq və yeni ideyalara malik olması.
  • Excel proqramı üzrə biliklərin olması;
  • Data base-lərlə işləmə bacarığı.

Vakansiya haqqında

Son tarix

oktyabr 27, 2024

Paylaşılıb

sentyabr 17, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə