“Rabitəbank” ASC Rəqəmsal sistemlərin inkişafı departamenti, Süni intellekt və data analitika şöbəsinə, Senior Data Scientist vəzifəsi üzrə işə qəbul elan edir.
Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır
ƏSAS VƏZİFƏLƏRİ:
- Böyük Dil Modelləri (LLM) əsasında süni intellekt həllərinin və AI agentlərinin hazırlanması və tətbiqi.
- RAG (Retrieval-Augmented Generation) əsaslı həllərin, bilik bazalarının və məlumat axtarış sistemlərinin hazırlanması.
- MCP serverləri, REST API-lər və digər daxili və xarici sistemlərlə inteqrasiyaların qurulması.
- Chatbot, virtual assistent və sənəd emalı kimi GenAI tətbiqlərinin hazırlanması.
- Prompt engineering, model seçimi və optimallaşdırma üsullarından istifadə etməklə cavab keyfiyyətinin, sürətin və xərc effektivliyinin artırılması.
- AI agentlərinin nəticələrinin, təhlükəsizliyinin və performansının qiymətləndirilməsi, testləşdirilməsi və davamlı təkmilləşdirilməsi.
- Hazırlanmış həllərin istehsal mühitinə çıxarılması, dəstəklənməsi və dayanıqlılığının təmin edilməsi.