"Reflect Architects" MMC

Təcrübəli Memar

Dünən

53

Təsvir


Reflect Architects komandası olaraq, peşəkar və yaradıcı baxış bucağına sahib təcrübəli memar axtarırıq. Əgər sən həm texniki biliklərini, həm də estetik zövqünü layihələrə əks etdirə bilirsənsə, sənə komandamızda yer var!


Vəzifələr:

• Memarlıq layihələrinin konsepsiyadan icraya qədər işlənməsi

• Layihə sənədlərinin texniki tərtibatlarının hazırlanması

• Tikinti normaları, SNIP və normativ sənədlərlə işləmə təcrübəsi

• Müştəri və podratçılarla fəal əməkdaşlıq

• Layihələrin vaxtında və keyfiyyətli təhvil verilməsinin təmin olunması



Təklif edirik:

• 5/2 iş qrafiki

• İş saatları: 09:30 – 18:00

• Ölkə əhəmiyyətli layihələrdə iştirak imkanı

• Peşəkar komanda və inkişaf yönümlü mühit

• Rəqabətli əmək haqqı (1000-1500 AZN)

• Şəxsi və peşəkar inkişaf imkanları



📍 İş yeri: Bakı, Azərbaycan

📩 CV və e-portfolio-nuzu [email protected] ünvanına göndərməyinizi xahiş edirik.

📌 Diqqət: E-portfolio təqdim olunmayan müraciətlərə baxılmayacaq. Məktubun mövzu hissəsində “Təcrübəli Memar ” yazmağı unutmayın.



Tələblər

Tələblər:

• Memarlıq üzrə ali təhsil

• İri layihələndirmə şirkətlərində ən az 3 il peşəkar təcrübə

• AutoCAD, Revit, SketchUp, Enscape, Adobe bilikləri

• Detallara diqqətli, məsuliyyətli yanaşma və zaman idarəsi bacarığı

• Komanda ilə işləmək qabiliyyəti

• Yaradıcılıq və təşəbbüskarlıq



Vakansiya haqqında

Son tarix

July 2, 2025

Paylaşılıb

may 23, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Dizayn, incəsənət, yaradıcılıq