Unibank Kommersiya Bankı
Ana səhifə
/
/
/
Aparıcı Məhsul Sahibi (Daily Banking Squad)

Aparıcı Məhsul Sahibi (Daily Banking Squad)

Dünən

44

Təsvir

  • Məhsul vizyonunun və yol xəritəsinin (roadmap) müəyyən edilməsi və strateji hədəflərlə uyğunlaşdırılması;
  • Biznes tələblərinin toplanması, prioritetləşdirilməsi və backlog-un effektiv idarə olunması;
  • İnkişaf komandası ilə sıx əməkdaşlıq çərçivəsində Agile/Scrum proseslərində aktiv iştirak;
  • Məhsul və funksiyaların vaxtında və yüksək keyfiyyətlə təqdim olunmasının təmin edilməsi;
  • Test nəticələri, bazar təhlili və KPI göstəriciləri əsasında məhsul performansının izlənməsi və davamlı təkmilləşdirilməsi.


Üstünlüklərimiz:


  • Rahat və müasir iş mühiti, peşəkar inkişaf üçün geniş imkanlar;
  • Könüllü tibbi sığorta proqramı;
  • Əməkdaşlıq və qarşılıqlı dəstəyə əsaslanan komanda mühiti.

Tələblər

  • Biznes, İT və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi;
  • Fintex və ya bank sektorunda məhsul idarəetməsi, məhsul sahibliyi (Product Owner) və ya biznes analizi sahəsində 3–5 il iş təcrübəsi;
  • Rəqəmsal bankçılıq, kart məhsulları (kredit, debet, əvvəlcədən ödənişli) və ödəniş ekosistemləri üzrə möhkəm biliklər;
  • Agile metodologiyaları və alətləri (məsələn, Jira, Confluence) üzrə praktik və peşəkar səviyyədə bilik;
  • Güclü analitik düşüncə, təşkilati və problem həll etmə bacarıqları;
  • Biznes tələblərini texniki spesifikasiyalara çevirmək bacarığı;
  • Güclü kommunikasiya və stakeholder idarəetmə bacarıqları.


Üstünlük sayılır:


  • Ödəniş aqreqatorları və ödəniş prosessorları ilə iş təcrübəsi;
  • VISA Transfer, Mastercard MoneySend, ANİ PAY, SWIFT, Zolotaya Korona, Western Union kimi ödəniş sistemləri ilə iş təcrübəsi;
  • Professional Scrum Product Owner (PSPO I/II) və ya Project Management Institute (PMI) sertifikatlarının mövcudluğu.


Vakansiya haqqında

Son tarix

May 4, 2026

Paylaşılıb

aprel 4, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə