Unibank Kommersiya Bankı
Ana səhifə
/
/
/
Bazar və likvidlik risklərinin idarə edilməsi şöbəsinin Baş Mütəxəssisi

Bazar və likvidlik risklərinin idarə edilməsi şöbəsinin Baş Mütəxəssisi

Bu gün

162

Təsvir

• Gündəlik əsasda açıq valyuta mövqeyinin və likvidliyin örtülmə əmsalının hesablanması;

• Aylıq əsasda risk limitləri üzrə hesabatların yenilənməsi və monitorinqinin aparılması;

• Aylıq əsasda faiz riskləri üzrə hesabatların (durasiya qəpi) hazırlanması və təhlili;

• Rüblük əsasda faiz risklərinin Xalis Faiz Gəliri (Net Interest Income Model) göstəricisinə təsiri üzrə hesabatların hazırlanması və yenilənməsi;

• Rüblük əsasda makroiqtisadi və ya daşınmaz əmlak bazarı üzrə təhlillərin aparılması;

• Aylıq əsasda kontragent limitləri üzrə nəzarətin həyata keçirilməsi;

• Xəzinədarlıq Departamentindən daxil olan sorğuların cavablandırılması, təqdim olunan müqavilələrin bazar və likvidlik riskləri baxımından təhlil edilməsi və risk rəyinin hazırlanması;

• Xəzinədarlıq Departamentinin müvafiq sorğuları əsasında maliyyə yerləşdirmələrinin (investisiyaların) qiymətləndirilməsi və risk təhlilinin aparılması.

Tələblər

  Maliyyə, iqtisadiyyat və ya statistika üzrə ali təhsil;

  Müvafiq sahə üzrə minimum 2–3 il iş təcrübəsi;

  Analitik və riyazi düşünmə qabiliyyəti;

  Bank işi, Mərkəzi Bankın prudensial tələbləri, müvafiq yerli qanunvericilik və beynəlxalq təcrübə üzrə biliklərin olması;

  PL/SQL üzrə orta səviyyədə bilik, Python və Power BI bilikləri arzuolunandır;

  İngilis dilini səlis bilmək, rus dili biliyi arzuolunandır;

  Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığına malik olmaq.


Vakansiya haqqında

Son tarix

March 4, 2026

Paylaşılıb

yanvar 23, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə