Unibank Kommersiya Bankı
Ana səhifə
/
/
/
Mikro kreditlərin monitorinqi bölməsinin Baş Mütəxəssisi/Aparıcı Mütəxəssisi

Mikro kreditlərin monitorinqi bölməsinin Baş Mütəxəssisi/Aparıcı Mütəxəssisi

19-01-2026

1K

Təsvir

· Erkən xəbərdarlıq sistemi (EWS) üzrə əsas risk siqnallarının (gecikmələr, ödəniş davranışı, dövriyyə azalmaları, anomaliyalar) gündəlik izlənməsi və yüksək riskli müştərilərin müəyyən edilməsi.

· Risk səviyyəsinə uyğun olaraq müştərilərin biznes ünvanlarına səfərlərin planlaşdırılması və həyata keçirilməsi, faktiki fəaliyyətin, ticarət dövriyyəsinin və aktivlərin mövcudluğunun yoxlanılması;

· Kredit vəsaitinin biznes məqsədi ilə istifadə olunmasının sənədlər və faktiki sübutlar (çeklər, POS hesabatları, foto və s.) əsasında qiymətləndirilməsi;

· Aşkarlanmış risklər və uyğunsuzluqlar üzrə rəyin hazırlanması, düzəldici tədbirlərin (CAPA) təklif edilməsi və icrasının izlənməsi;

· Monitorinq nəticələrinə əsasən kreditlərin risk kateqoriyasına təsirinin qiymətləndirilməsi, restrukturizasiya və ya digər risk tədbirləri üzrə rəylərin verilməsi;

· Yüksək riskli hallar üzrə kreditlərin saxlanılması, məhdudlaşdırılması və ya restrukturizasiyası ilə bağlı təkliflərin hazırlanması və müvafiq komitələrə təqdim edilməsi;

· Aparılan monitorinqlər üzrə qısa və aydın risk hesabatlarının hazırlanması, rəhbərlik və audit sorğuları üçün məlumatların təmin edilməsi;

· Monitorinq və EWS yanaşmalarının təkmilləşdirilməsində iştirak, daxili qaydalara və etik tələblərə riayət olunmasına nəzarət.

Tələblər

· Maliyyə, bank işi, audit və ya risk sahələri üzrə ali təhsil;

· ACCA, CIA, FRM və digər müvafiq peşəkar sertifikatlar arzuolunandır;

· Bank sahəsində minimum 2 il iş təcrübəsi (mikro, kredit monitorinqi/anderraytinq/audit/risk), sahə yoxlamaları və komitə təqdimatı təcrübəsi;

· Klassifikasiya–ehtiyat qaydaları, mikrokredit prosesi, RSTX mexanizmi və sübutların qiymətləndirilməsi;

· MS Excel və BI proqramları, eləcə də DMS/LOS sistemləri ilə işləmə bacarığı;

· Güclü analitik düşüncə.

Vakansiya haqqında

Son tarix

February 28, 2026

Paylaşılıb

yanvar 19, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə