
Bu gün
20
Visa, MasterCard və Banklararası Kart Mərkəzi (BKM) sistemləri üzrə gündəlik təqdim olunan hesabatlar əsasında klirinq əməliyyatlarını həyata keçirmək:
Bank müştərilərinin kartları vasitəsilə ölkə daxilində və ya xaricdə digər prosessinq mərkəzlərinə məxsus bankomatlarda və POS-terminallarda həyata keçirdikləri şübhəli əməliyyatları araşdırmaq və müvafiq tədbirləri görmək;
Visa və MasterCard beynəlxalq ödəniş sistemləri tərəfindən təqdim olunan hesab-fakturaları, eləcə də təchizatçılar tərəfindən təqdim edilən aylıq hesab-fakturaları yoxlamaq, müvafiq aktları tərtib etmək, sifariş ərizələrini hazırlamaq və aidiyyəti struktur bölməsinə göndərmək;
Visa və MasterCard beynəlxalq ödəniş sistemləri üzrə rüblük hesabatları yoxlamaq;
Visa, MasterCard və BKM tərəfindən təqdim olunan yeni qaydaları və dəyişiklikləri izləmək, onların tətbiqi ilə bağlı müvafiq işləri həyata keçirmək;
Ödəniş sistemləri ilə bağlı biznes layihələri üzrə işləri həyata keçirmək və müvafiq struktur bölmələri ilə əməkdaşlıq etmək;
Kart məhsulları üzrə yeni ticarət məntəqələrini müvafiq sistemdə yaratmaq;
Bankın digər struktur bölmələrindən şöbəyə daxil olan sorğuları araşdırmaq və cavablandırmaq.
Üstünlüklərimiz:
Təlim və inkişaf imkanları.
Rahat iş mühiti və peşəkar inkişaf üçün geniş imkanlar.
Könüllü tibbi sığorta proqramında iştirak.
Əməkdaşlıq və qarşılıqlı dəstəyə əsaslanan mehriban komanda mühiti.
İqtisadiyyat, maliyyə və ya müvafiq sahə üzrə ali təhsil;
Müvafiq sahə üzrə 1–3 il iş təcrübəsi;
Ödəniş sistemləri və bank əməliyyatları üzrə əsas biliklər;
Ödəniş əməliyyatlarına dair sənəd və məlumatları yoxlamaq, emal etmək və təhlil etmək bacarığı;
Böyük həcmli məlumatlarla işləmək, uyğunsuzluqları müəyyən etmək və detallara diqqət yetirmək bacarığı;
Rus dilində sərbəst danışıq və yazı bacarığı;
İngilis dili üzrə ən azı B1–B2 səviyyəsində bilik;
Analitik və məntiqi düşünmə, problemləri operativ həll etmə bacarığı.
Son tarix
November 21, 2026
Paylaşılıb
oktyabr 22, 2026
Vakansiya növü
Tam ştat
Vəzifə dərəcəsi
Mütəxəssis

Ferrum Kapital ● Bakı, Azərbaycan
08-10-2026
1.3K

2GİS ● Bakı, Azərbaycan
02-10-2026
1.3K

2GİS ● Bakı, Azərbaycan
01-10-2026
1.5K

Unibank Kommersiya Bankı ● Bakı, Azərbaycan
Dünən
153