Unibank Kommersiya Bankı

BI üzrə Mühəndis

Bu gün

14

Təsvir

  • Tələb olunan hesabat və data panellərinin texniki və biznes tələblərini toplamaq;
  • Biznes tələblərini toplayaraq tələb olunan hesabatları və data panellərini tərtib etmək;
  • SQL və PL/SQL-dən istifadə edərək məlumatların çıxarılması, emalı və biznes tələblərinə uyğun hesabatların hazırlanması;
  • Tələb olunan hesabatları BI alətləri ilə vizuallaşdırmaq;
  • Hesabatlarda və data panellərində istifadə olunan data mənbələri üçün data keyfiyyəti standartlarının təhlilində digər mütəxəssislərlə birlikdə iştirak etmək;
  • Yeni data tələblərini, təhlil strategiyalarını və hesabat mexanizmlərini müəyyən etmək üçün biznes və İT bölmələri ilə əlaqə qurmaq və müzakirələr aparmaq;
  • Bütün hesabat və data panellərinin dəyişikliklər və əlavələr üzrə sənədləşməsini aparmaq;
  • Regulyator, rəhbərlik, əməliyyat və özünəxidmət hesabatlarının və data panellərinin qurulması, müxtəlif biznes sahələri üçün datamartların tərtib edilməsi məqsədilə texniki infrastrukturun və biznes həllərinin dizayn və tətbiqini həyata keçirmək.


Üstünlüklərimiz:



  • Rahat iş mühiti və peşəkar inkişaf üçün geniş imkanlar;
  • Könüllü tibbi sığorta proqramına qoşulma imkanı;
  • Əməkdaşlıq və qarşılıqlı dəstəyə əsaslanan, mehriban komanda mühiti.

Tələblər

  • BI mühəndisi, hesabat mütəxəssisi və ya Data Analitik kimi minimum 2 il iş təcrübəsi (bank sektorunda təcrübə üstünlükdür);
  • Kompüter elmləri, mühəndislik və ya müvafiq sahələr üzrə bakalavr dərəcəsi;
  • BI texnologiyaları ilə (məs., Apache Superset, Oracle BI, Power BI, TIBCO) işləmə bacarığı;
  • Oracle SQL, PL/SQL və PostgreSQL üzrə yüksək səviyyədə biliklər;
  • Data modelləşdirməsinin əsasları və ETL/ELT konsepsiyaları üzrə biliklər;
  • Azərbaycan və ingilis dillərində sərbəst danışıq bacarığı;
  • Rus dili biliyi üstünlükdür.

Vakansiya haqqında

Son tarix

May 9, 2026

Paylaşılıb

aprel 9, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə