Unibank Kommersiya Bankı
Ana səhifə
/
/
/
Hesabatlıq və analitikası şöbəsinin Mütəxəssisi (Risklərinin idarə edilməsi Departamenti )

Hesabatlıq və analitikası şöbəsinin Mütəxəssisi (Risklərinin idarə edilməsi Departamenti )

Dünən

169

Təsvir

· Kredit portfeli üzrə (struktur, dinamika, keyfiyyət) məhsul və seqment kəsimində müntəzəm hesabatların hazırlanması;

·  Məlumatların düzgünlüyünün təmin edilməsi, uzlaşdırmaların aparılması və hesabat dövrünün bağlanması üzrə müəyyən edilmiş müddətlərə riayət olunması;

·  Gecikmə və NPL göstəricilərin təhlili, trendlərin və dəyişikliklərin əsas səbəblərinin müəyyən edilməsi;

·  Rəhbərlik üçün qısa, aydın və praktik analitik nəticələrin təkliflərin hazırlanması;

·  SQL əsaslı məlumat çıxarışlarının və məlumat vitrinlərinin dəstəklənməsi, hesablamaların aparılması, sorğu məntiqinin və təsnifatların (xüsusilə göstərici və əlamətlərin) standartlaşdırılması;

·  Hesabatlılıq proseslərinin avtomatlaşdırılmasına və məlumat keyfiyyətinin yüksəldilməsinə töhfə verilməsi.

Tələblər

·  Ali təhsil (Kompüter elmləri, informasiya sistemləri, statistika, iqtisadiyyat, maliyyə və ya biznesin idarə edilməsi sahələri üzrə);

·  Bank sektorunda kredit portfeli üzrə hesabatlılıq və/ya analitika sahəsində minimum 1 il iş təcrübəsi;

·  SQL üzrə güclü biliklər (JOİN-lar , window funksiyaları, tarixlərlə işləmə, böyük həcmli məlumatların emalı);

·   Məlumatların yoxlanılması, uyğunsuzluqların aşkar edilməsi və səbəblərin araşdırılması bacarığı;

·  Rəqəmsal məlumatları analitik nəticələrə çevirməkvə onları qısa, aydın izahlarla təqdim etmək bacarığı;

·  Detallara diqqət, müddətlərə əməl etmək və nəticəyə görə məsuliyyətlilik.

·  Xarici dil bilikləri: İngilis və rus dillərini bilmək arzuolunandır.


Vakansiya haqqında

Son tarix

February 23, 2026

Paylaşılıb

yanvar 14, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə