Unibank Kommersiya Bankı

iOS üzrə Baş Mütəxəssis

Bu gün

15

Təsvir

  • UBank mobil bankçılıq tətbiqinin yeni funksionallıqlarının dizaynı, hazırlanması və dəstəklənməsi;
  • Modulyar (Modular) arxitekturanın qurulması və təkmilləşdirilməsi, kod keyfiyyətinin yüksək səviyyədə saxlanılmasının təmin edilməsi;
  • Komanda daxilində kod review-ların aparılması;
  • Junior və Middle developerlərə texniki mentorluğun göstərilməsi;
  • Tətbiqin performans və stabillik göstəricilərinin (yüklənmə müddəti, çökmə (crash) faizi və s.) izlənilməsi və optimallaşdırılması;
  • CI/CD proseslərinin qurulması və avtomatlaşdırma həllərinin dəstəklənməsi;
  • Məhsul, dizayn və backend komandaları ilə sıx əməkdaşlıq edilməsi, texniki həllərin müzakirə olunması;
  • Texniki qərarların qəbulunda iştirak, arxitektura standartlarının müəyyənləşdirilməsi və sənədləşdirilməsi;
  • Təhlükəsizlik tələblərinə (bankçılıq standartlarına) uyğun kod yazılmasının təmin edilməsi.


Üstünlük:


  • Rahat və müasir iş mühiti;
  • Peşəkar inkişaf və karyera yüksəlişi üçün geniş imkanlar;
  • Könüllü tibbi sığorta proqramına qoşulma imkanı;
  • Əməkdaşlıq və qarşılıqlı dəstəyə əsaslanan mehriban komanda mühiti.

Tələblər

  • iOS development sahəsində minimum 5 il iş təcrübəsi;
  • Swift proqramlaşdırma dilində dərin biliklər;
  • UIKit və SwiftUI texnologiyaları ilə praktiki iş təcrübəsi;
  • Arxitektura yanaşmalarını (MVVM, Clean Architecture, Modular Architecture) bilmək və tətbiq etmək bacarığı;
  • Multithreading və Async/Await mövzularında yüksək səviyyədə bilik və təcrübə;
  • REST API, JSON və Network Layer qurulması üzrə təcrübə;
  • Git və komanda iş prosesləri (Code Review, Branching Strategy və s.) ilə işləmək bacarığı;
  • CI/CD alətləri (GitLab CI, Fastlane və s.) ilə iş təcrübəsi üstünlük hesab olunur;
  • Unit Test və UI Test-lərin yazılması üzrə təcrübə;
  • Avtomatlaşdırma alətləri (məsələn, Tuist) ilə tanışlıq üstünlükdür;
  • App Store yerləşdirmə və idarəetmə prosesləri üzrə biliklər;
  • Analitik düşüncə tərzi, problem həll etmə bacarığı və komandada işləmək qabiliyyəti;
  • İngilis dilini texniki sənədləri oxuyub başa düşə biləcək səviyyədə bilmək.

Vakansiya haqqında

Son tarix

July 3, 2026

Paylaşılıb

iyun 3, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə