Unibank Kommersiya Bankı
Ana səhifə
/
/
/
Qiymətləndirmə şöbəsinin sənədləşmə üzrə kiçik mütəxəssisi

Qiymətləndirmə şöbəsinin sənədləşmə üzrə kiçik mütəxəssisi

Dünən

62

Təsvir

  • Bankın qiymətləndirmə siyasətinin (daşınar və daşınmaz əmlak) həyata keçirilməsində iştirak edir, qiymətləndirmə üzrə siyasətin icrasını təmin edir;
  • Qiymətləndirmə aparılması məqsədi ilə zəruri məlumatları aidiyyatı qurumlardan əldə edir;
  • Qiymətləndirmə ilə bağlı sifariş ərizəsini qəbul edir və onu cari hesabata daxil edir;
  • Bankın kredit mütəxəssisləri tərəfindən keçiriləcək qiymətləndirməyə dair bütün sənəd toplusunun göndərilməsinə nəzarət edir;
  • Qiymətləndirmə və yenidən qiymətləndirmənin keçirilməsini təmin edir və onun gedişatına nəzarət edir. Fond (AİF) ipotekasının daxili rəylərini yazır və hesabatını aparır;
  • Təsdiq olunmuş sənədlərin əslini təhvil-təslim aktı üzrə müvafiq quruma təhvil verir.;
  • Müvafiq sənədləri aidiyyatı üzrə arxivləşdirir;
  • Bankın (filiallar üzrə) keçirilmiş hər bir qiymətləndirməsinin qeydiyyatını aparır və qiymətləndirmə şirkətindən alınmış hesabat ilə müqaisə edir;
  • Struktur xidmətinin inventarının siyahısını aparır.

Tələblər

  • Ali təhsil (İqtisadiyyat və digər əlaqəli sahələr üzrə);
  • MS Office proqramları (MS Excel, MS Word) ilə sərbəst işləmə bacarığı;
  • Rus dili – sərbəst ünsiyyət səviyyəsində;
  • Analitik düşünmə bacarığı;
  • Obyektivlik, çalışqanlıq, təşəbbüskarlıq və operativlik.

Vakansiya haqqında

Son tarix

May 5, 2026

Paylaşılıb

aprel 4, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə