Unibank Kommersiya Bankı
Ana səhifə
/
/
/
Rəqəmsal dələduzluq ilə mübarizə bölməsinin Kiçik Mütəxəssisi

Rəqəmsal dələduzluq ilə mübarizə bölməsinin Kiçik Mütəxəssisi

Bu gün

102

Təsvir

  • Müştəri əməliyyatlarının (kart, internet bankçılıq, mobil bankçılıq, POS və ATM əməliyyatları) real vaxt rejimində monitorinqinin aparılması;
  • Monitorinq sistemi vasitəsilə daxil olan xəbərdarlıqların təhlili və müvafiq tədbirlərin görülməsi;
  • Kart və digər rəqəmsal kanallar üzrə baş verən dələduzluq insidentlərinin təhlili, trendlərin və qabaqcıl təcrübələrin izlənməsi, qabaqlayıcı tədbirlərin və qayda dəyişikliklərinin təşəbbüs edilməsi;
  • Risk göstəricilərinin müəyyən edilməsi və təkrarlanan ssenarilərin qarşısının alınması məqsədilə təkliflərin hazırlanması;
  • Rəqəmsal dələduzluq üzrə daxil olan müraciətlərin və şübhəli əməliyyatların təhlili, həmçinin müştərilərlə kommunikasiya;
  • Nəticələrə əsasən plana uyğun tədbirlərin həyata keçirilməsi;
  • Qrupun səlahiyyətində olan məsələlər üzrə daxili və xarici sorğuların idarə olunması.



Üstünlüklərimiz:


  • Bank sektorunda karyera qurmaq və təcrübə qazanmaq imkanı;
  • Rəqəmsal təhlükəsizlik və fırıldaqçılıqla mübarizə sahəsində praktiki biliklərin artırılması; 
  • Müasir texnologiyalar və analitik sistem-lərlə işləmək bacarığı;
  • Təlimlərdə və peşəkar inkişaf proqramlarında iştirak imkanı;
  • Komanda işi və strukturlaşdırılmış mühitdə çalışma təcrübəsi;
  • Bankın daxili karyera yüksəlişi imkanlarından faydalanmaq şansı;
  • Gərgin və dinamik mühitdə qərarvermə, problem həll etmə və operativlik bacarıqlarının təkmilləşdirilməsi;
  • Korporativ etika və bank daxili proseslər üzrə biliklərin artırılması.



Tələblər

  • Kompüter elmləri, statistika, iqtisadiyyat, informasiya sistemləri və ya informasiya təhlükəsizliyi üzrə bakalavr təhsili arzu olunandır;
  • Bank əməliyyatları, ödəniş sistemləri və kart texnologiyaları sahəsində biliklər arzu olunandır;
  • Kart əməliyyatları, mobil bankçılıq və digər ödəniş alətləri sahəsində bank və ya fintech təcrübəsi arzu olunandır;
  • Azərbaycan dili sərbəst, İngilis dili texniki terminologiya səviyyəsində, Rus dili biliyi arzuolunandır;
  • Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook və s.) və sorğu idarəetmə sistemləri (JIRA, OTRS və s.) ilə işləmə bacarığı;
  • SQL (Oracle) üzrə biliklər – DQL və DML komandaları ilə işləmə bacarığı;
  • Analitik düşünmə qabiliyyəti və detallara diqqətlilik;
  • Məsuliyyətli, operativ və komanda ilə işləmə bacarığı;
  • Yeni texnoloji alətləri öyrənməyə açıq olmaq.


Vakansiya haqqında

Son tarix

November 29, 2025

Paylaşılıb

oktyabr 20, 2025

Vakansiya növü

Növbə əsasında

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə