Unibank Kommersiya Bankı
Ana səhifə
/
/
/
Rəqəmsal dələduzluq ilə mübarizə bölməsinin Mütəxəssisi

Rəqəmsal dələduzluq ilə mübarizə bölməsinin Mütəxəssisi

Bu gün

21

Təsvir

  • Müştəri əməliyyatlarının (kart, internet bankçılıq, mobil bankçılıq, POS və ATM əməliyyatları) real vaxt rejimində monitorinqinin aparılması;
  • Monitorinq sistemi vasitəsilə daxil olan xəbərdarlıqların təhlili və müvafiq tədbirlərin görülməsi;
  • Kart və digər rəqəmsal kanallar üzrə baş verən dələduzluq insidentlərinin təhlili, trendlərin və qabaqcıl təcrübələrin izlənilməsi, qabaqlayıcı tədbirlərin və qayda dəyişikliklərinin təşəbbüs edilməsi;
  • Risk göstəricilərinin müəyyən edilməsi və təkrarlanan ssenarilərin qarşısının alınması məqsədilə təkliflərin hazırlanması;
  • Rəqəmsal dələduzluq üzrə daxil olan müraciətlərin və şübhəli əməliyyatların təhlili və müştərilərlə kommunikasiya;
  • Nəticələrə əsasən plana uyğun tədbirlərin həyata keçirilməsi;
  • Qrupun səlahiyyətində olan məsələlər üzrə daxili və xarici sorğuların idarə olunması.

Tələblər

  • Kompüter elmləri, statistika, iqtisadiyyat, informasiya sistemləri və ya informasiya təhlükəsizliyi üzrə bakalavr təhsili arzuolunandır;
  • Bank əməliyyatları, ödəniş sistemləri və kart texnologiyaları sahəsində biliklər arzuolunandır;
  • Kart əməliyyatları, mobil bankçılıq və digər ödəniş alətləri sahəsində ən azı 1 il bank və ya fintech təcrübəsi;
  • Azərbaycan dili – səlis, İngilis dili – texniki terminologiya səviyyəsində, Rus dili biliyi – arzuolunandır;
  • Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook və s.) və sorğu idarəetmə sistemləri (JIRA, OTRS və s.) ilə işləmə bacarığı;
  • SQL (Oracle) üzrə biliklər – DQL və DML komandaları ilə işləmə bacarığı;
  • Analitik düşünmə qabiliyyəti və detallara diqqətlilik;
  • Məsuliyyətlilik, operativlik və komanda ilə işləmə bacarığı;
  • Yeni texnoloji alətləri öyrənməyə açıq olmaq.

Vakansiya haqqında

Son tarix

November 20, 2026

Paylaşılıb

oktyabr 21, 2026

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

Mütəxəssis

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə