Unibank Kommersiya Bankı
Ana səhifə
/
/
/
Süni İntellekt üzrə Aparıcı Mühəndis (LLM / NLP)

Süni İntellekt üzrə Aparıcı Mühəndis (LLM / NLP)

Bu gün

19

Təsvir

  • Biznes ehtiyaclarına uyğun süni intellekt və maşın öyrənməsi həllərinin hazırlanması;
  • Mətn və digər strukturlaşdırılmamış verilənlərin emalı və təhlili;
  • LLM (Large Language Models) əsaslı həllərin hazırlanması və mövcud sistemlərə inteqrasiyası;
  • Verilənlər toplusunun (dataset-lərin) hazırlanması, təmizlənməsi və modelləşdirmə üçün uyğunlaşdırılması;
  • Modellərin test edilməsi, nəticələrinin qiymətləndirilməsi və optimallaşdırılması;
  • Süni intellekt modellərinin REST API və mikroservislər vasitəsilə tətbiqlərə inteqrasiyası;
  • Hazırlanmış həllərin performansının, dəqiqliyinin və etibarlılığının monitorinqi və təkmilləşdirilməsi;
  • Texniki sənədləşmənin hazırlanması və kod keyfiyyəti standartlarına riayət olunması;
  • Süni intellekt sahəsində yeni texnologiyaların və yanaşmaların araşdırılması və tətbiqi.

Tələblər

  • Ali təhsil (Kompüter mühəndisliyi, kompüter elmləri, tətbiqi riyaziyyat və ya digər əlaqəli ixtisaslar üzrə);
  • Süni intellekt, maşın öyrənməsi, verilənlər elmi və ya əlaqəli sahədə minimum 2 il iş təcrübəsi;
  • Python proqramlaşdırma dilini yüksək səviyyədə bilmək;
  • NLP (Natural Language Processing) və mətn emalı üzrə praktiki təcrübə;
  • LLM modellərinin fine-tuning, LoRAquantization metodları üzrə təcrübə;
  • Vektor verilənlər bazaları (Vector Databases) ilə işləmək bacarığı;
  • Açıq mənbəli LLM və NLP modelləri ilə iş təcrübəsi;
  • Mətn və səs verilənlərinin emalı prinsipləri üzrə bilik və ya praktiki təcrübə;
  • PyTorch, TensorFlow və ya oxşar maşın öyrənməsi framework-lərindən ən azı biri ilə iş təcrübəsi;
  • Hugging Face Transformers, spaCy və ya oxşar kitabxanalarla işləmək bacarığı;
  • LLM, Prompt Engineering, EmbeddingsRAG (Retrieval-Augmented Generation) yanaşmaları üzrə bilik;
  • REST API-lər və mikroservis arxitekturası ilə iş təcrübəsi;
  • SQL və verilənlər bazaları ilə işləmək bacarığı;
  • Maşın öyrənməsi modellərinin qiymətləndirilməsi metodları və metrikləri üzrə bilik;
  • İngilis və ya rus dilini yaxşı səviyyədə bilmək.

Vakansiya haqqında

Son tarix

September 4, 2026

Paylaşılıb

avqust 5, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə