FATCA və CRS istiqamətində özünü inkişaf etdirmək, bank sektorunda beynəlxalq vergi uyğunluğu prosesləri ilə tanış olmaq istəyən, FATCA, CRS, bankçılıq, maliyyə və vergi uyğunluğu sahələrinə marağı olan, bu istiqamətdə ilk peşəkar addımlarını atmaq və öyrənərək inkişaf etmək istəyən namizədləri komandamıza dəvət edirik.
- FATCA və CRS qaydalarının əsas prinsiplərini və tətbiq mexanizmlərini öyrənmək
- Hesabatlı hesabların müəyyən edilməsi və yoxlanılması prosesində komandaya dəstək olmaq
- Yeni açılan fiziki və hüquqi şəxslərin hesabları üzrə özünüqiymətləndirmə sənədlərinin və W formalarının mövcudluğunu və düzgünlüyünü yoxlamaq
- Bank sistemində müştəri məlumatlarının mütəmadi monitorinqində iştirak etmək
- Çatışmayan, natamam və ya yenilənməsi tələb olunan məlumatların müəyyən edilməsinə və yenilənməsi prosesinə dəstək olmaq
- FATCA və CRS üzrə hesabatların hazırlanması üçün bankın filial və struktur bölmələrindən müvafiq məlumatların toplanmasına dəstək göstərmək
- Hesabatların hazırlanması və təqdim edilməsi prosesini praktiki olaraq öyrənmək
- Müvafiq sənədlərin və məlumatların düzgünlüyünün yoxlanılmasında komandaya dəstək olmaq
Bu təcrübə proqramında nə öyrənəcəksən?
- FATCA və CRS standartlarının praktiki tətbiqini
- Beynəlxalq vergi uyğunluğu və hesabatlılıq proseslərini
- Bank müştərilərinin məlumatlarının yoxlanılması və monitorinqi proseslərini
- Hesabatların hazırlanması və məlumatların düzgün strukturlaşdırılmasını
- Bank əməliyyatları və uyğunluq prosesləri haqqında praktiki bilikləri
- Real iş mühitində analitik və peşəkar bacarıqlarını inkişaf etdirməyi