Zəfər bağları

Sahə aqronomu

17-03-2025

336

Təsvir

Şirkət: “Zəfər Bağları” MMC

Vakansiya: Sahə aqronomu

Şirkət haqqında detallı məlumatla www.afigroup.az saytı vasitəsilə tanış ola bilərsiniz.


Əsas vəzifə öhdəlikləri:

·       Bağ sahəsində bitkilərin, ağacların zərərverici, xəstəlik və alaq otlarına qarşı mübarizəni təşkil edir

·       Əkin sahələrində daim müşahidələr apararaq, zərərverici, xəstəlik və alaq otları ilə sirayətlənmiş sahələrin yerlərini, onların yayılma dərəcələrini öyrənir və fenoloji xəritələr hazırlayır

·       Aqrotexniki, kimyəvi və bioloji mübarizəni, müalicəvi, qırıcı tədbirlərin kompleks şəkildə həyata keçirilməsində iştirak edir

·       Kimyəvi maddələrin, Pestisidlərin, mineral və üzvü gübrələrin sahələrə verilməsini təşkil edir

·       Bağ sahəsində aparılan bioloji, kimyəvi, aqrotexniki tədbirlərə nəzarət edir

·       Bağçılıq sahəsində cari və prespektiv tapşırıqların yerinə yetirilməsi, əməyin düzgün təşkili, iş normalarının yerinə yetirilməsinə nəzarət edilməsi

·       Bağ sahəsində məhsuldarlığını yüksəltmək, torpağın münbitliyini artırmaq, kənd təsərrüfatına yararlı sahələrdən, işçi qüvvəsindən və kənd təsərrüfatı texnikalarından səmərəli istifadə və düzgün dislokasiyası üçün bütün lazımi tədbirlərin görülməsinin təşkil edilməsi

·       Dövri və tələb olunan sənədlərin, hesabatların vaxtlı-vaxtında və düzgün şəkildə təqdim olunması


İş şərtləri:

·       İş saatı: 09:00-18:00 (Bazar ertəsi-Cümə)

·       Nahar şirkət tərəfindən təmin edilir

·       Xankəndi və ya Bərdə şəhərində yaşayış yeri şirkət tərəfində təmin edilir

·       İş yeri: Ağdam rayonu

·       Əmək haqqı ştat cədvəlinə uyğun olaraq



Tələblər

Namizədə dair tələblər:


Texniki bacarıqlar

·     Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (yaxşı), Rus dili bilgisi üstünlükdür

·     Microsoft Office (hesabatlılığı təmin etmək məqsədilə xüsusilə excel)


   Yumşaq bacarıqlar

·     Planlaşdırma

·     İdarəetmə bacarığı

·     Məsuliyyətli

·     Operativ

·     Dəqiq və diqqətcil

·     Nəticəyönümlülük


Xüsusi tələblər:

·      Ali təhsil (Aqronomiya ilə əlaqədar)

·      İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 2-3 il


Qeyd: Yalnız vakansiyaya uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Vakansiya haqqında

Son tarix

April 16, 2025

Paylaşılıb

mart 17, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı