Z
Ana səhifə
/
/
/
Elektronika Mühəndisi (Embedded developer)

Elektronika Mühəndisi (Embedded developer)

Bu gün

17

Təsvir

·      Elektron sistemlərin və funksional blokların layihələndirilməsi;

·      Embedded sistemlərin proqramlaşdırılması və firmware development;

·      Mikrocontroller əsaslı sistemlərin hazırlanması və proqramlaşdırılması;

·      Uçuş idarəetmə və avionika sistemlərinin layihələndirilməsi və inteqrasiyası;

·      Flight Controllerin hazırlanması, proqramlaşdırılması və test edilməsi;

·      Sensorlar, IMU, GPS/GNSS, barometr, magnetometr və digər elektron komponentlərin inteqrasiyası;

·      Rabitə bloklarının layihələndirilməsi və inteqrasiyası;

·      Radio rabitə, telemetriya və məlumat ötürmə sistemləri ilə işləmək;

·      UART, SPI, I²C, CAN, RS-232/RS-485 və digər kommunikasiya interfeysləri ilə işləmək;

·      PCB sxemlərinin hazırlanması və dizayn prosesində iştirak;

·      Elektron komponentlərin seçilməsi və texniki spesifikasiyaların hazırlanması;

·      Prototiplərin yığılması, bring-up, debugging və funksional testlərin aparılması;

·      Oscilloscope, multimeter, logic analyzer və digər ölçü cihazlarından istifadə etməklə diaqnostika aparmaq;

·      Elektron sistemlərin digər mexaniki, proqram təminatı və idarəetmə sistemləri ilə inteqrasiyası;

·      EMI/EMC və siqnal bütövlüyü ilə bağlı əsas problemlərin müəyyənləşdirilməsi və həllində iştirak;

·      Sahə və laboratoriya testlərinin aparılması, test nəticələrinin analiz edilməsi;

·      Texniki sənədlərin, sxemlərin və firmware versiyalarının idarə olunması;

·      Mövcud elektron sistemlərin optimallaşdırılması və yeni versiyaların hazırlanması.

Tələblər

·      Elektronika mühəndisliyi, Elektrik mühəndisliyi, Embedded Systems və ya əlaqəli ixtisas üzrə ali təhsil;

·      Elektronika mühəndisliyi və ya əlaqəli texniki sahədə 2 ildən artıq iş təcrübəsi;

·      Embedded Developer / Embedded Engineer kimi iş təcrübəsi;

·      Mikrocontroller əsaslı sistemlərin proqramlaşdırılması üzrə təcrübə;

·      C/C++ proqramlaşdırma dillərində yaxşı səviyyədə bilik;

·      Elektron sxemləri oxuma və analiz etmə bacarığı;

·      Analog və digital elektronikanın əsaslarını üzrə biliklər;

·      PCB və elektron sistemlərin hardware development prosesini başa düşmək;

·      Uçuş idarəetmə kartları və avionika sistemləri ilə iş təcrübəsi;

·      Rabitə və telemetriya bloklarının hazırlanması və ya inteqrasiyası üzrə təcrübə;

·      Sensorların və müxtəlif periferik qurğuların embedded sistemlərə inteqrasiyası;

·      UART, SPI, I²C, CAN və digər kommunikasiya protokolları üzrə bilik;

·      Hardware və firmware debugging bacarığı;

·      Ölçü və test avadanlıqlarından istifadə bacarığı;

·      Texniki sənədləşdirmə və komanda ilə işləmə bacarığı.

Vakansiya haqqında

Son tarix

October 11, 2026

Paylaşılıb

sentyabr 11, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər