AQA Şirkətlər Qrupu

Alpinist

13-09-2024

460

Təsvir

AQA Şirkətlər Qrupu "Alpinist" vakansiyasını elan edir.


Vəzifə öhdəlikləri:

  • Kəndir vasitəsi ilə yüksək hündürlüklü binalarda fasadların və şüşələrin təmizlənməsi;
  • Təmizlik qrafikinə əsasən tapşırılmış hündürlükdəki sahələrin təmirini və təmizliyini həyata keçirir;
  • Hündürlükdəki sahələrin təmirini və təmizliyini həyata keçirərkən küləyin surəti ilə bağlı hava proqnozuna əməl edir;
  • Texniki işlər üzrə menecerinə təmirdə istifadə edilən mal-material üzrə bütün nöqsanlar haqqında məlumat verir;
  • Hündürlükdəki sahələrə dırmanma zamanı istifadə edilən avadanlıq və vasitələrinə, eləcə də onların ehtiyyat hissələrinə ehtiyatla yanaşır, onu işlək vəziyyətdə və təmiz saxlayır, işləyən avadanlığın nəzarətsiz buraxmır;
  • Daxili intizamı qaydalarına və iş rejiminə riayət edir;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət edir;
  • Şirkətin standartlarına uyğun işləmək;
  • Şirkətin verdiyi sifarişləri yerinə yetirmək.

Tələblər

  • Hündürlükdə görülən işlər üçün nəzərdə tutulan sertifikat mütləq olmalı;
  • Təhlükəsizlik qaydalarını bilməli;
  • İntizamlı və məsuliyyətli olmalı;
  • Komanda ilə işləmə bacarığı olmalı;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
  • Rəhbərliyin verdiyi tapşırıqları dəqiq və vaxtında icra etməli.


İş qrafiki:

  • Bazar ertəsi - cümə saat 09:00-18:00;
  • Şənbə qısaldılmış iş günü saat 09:00-13:00.

Vakansiya haqqında

Son tarix

oktyabr 15, 2024

Paylaşılıb

sentyabr 13, 2024

Vakansiya növü

Tam ştat

Əmək haqqı

845 - 845 AZN

Kateqoriya

Tikinti və Daşınmaz əmlak