PMD Group MMC
Ana səhifə
/
/
/
Sənədlərə nəzarət üzrə mütəxəssis

Sənədlərə nəzarət üzrə mütəxəssis

13-09-2024

3.1K

Təsvir

  • Şirkət daxilində müəyyən edilmiş sənəd formatlarına və sənədlərin mübadiləsi standartlarına riayət olunmasına nəzarət etmək;
  • Layihələr ilə əlaqədar hüquqi və rəsmi sənədlərin uyğun formada qəbulu, saxlanılması, yenilənməsi və paylaşılmasını təşkil etmək;
  • Şirkətdən çıxan sənədlərin göndərilməsini təşkil etmək və onların qeydiyyatını aparmaq;
  • Şirkətə daxil olan sənədlərin qəbulu, ilkin işlənməsi, qeydiyyatı, aidiyyatı üzrə yönləndirilməsi və müvafiq məlumat bazalarında düzgün formatda saxlanılmasını təşkil etmək;
  • Sənəd mübadiləsinin şirkət daxili sənədlərə nəzarət proseduruna və İSO 9001 standartına uyğun aparmaq;
  • Komanda üzvlərinə vaxtı keçmiş sənədlər haqqında bildiriş göndərmək;
  • Tanışlıq/Təhvil-Təslim iclaslarını təşkil etmək və həmin iclaslarda iştirak edib qeydləri aparmaq;
  • Sifarişçi, podratçı və icraçı şirkətlərlə sənədləşmə işlərinin koordinasiyasını, onların lazımi sənəd və sənəd nümunələri ilə təmin edilməsini təşkil etmək;
  • Sənədlərin nömrələnməsi və identifikasiyası – texniki sənədlər müvafiq kodlaşdırılma sistemi ilə uyğun nömrələmək;
  • Sənədlərə nəzarətə dair icraçı şirkətlərə təlimlərin keçirilməsini təşkil etmək;
  • Təsdiq olunmuş tender tələbnaməsinə uyğun tender sənədlərini toplamaq (uyğunluğunun yoxlanılması, çapa vermək, razılaşdırmaq, aidiyyəti üzrə bölüşdürmək və serverə yerləşdirmək);
  • Təsdiq olunmuş müqavilənin uyğunluğunun yoxlanılması, çapa verilməsi, razılaşdırılması, qeydiyyata salınması, aidiyyəti üzrə bölüşdürülməsi;
  • Tələb olunan vaxtda və formada müxtəlif sənəd yoxlanılması hesabatlarını Aconex sistemi üzərindən hazırlamaq;
  • Layihənin təhvil-təslim zamanı sənədləşdirmənin düzgün aparılmasını təşkil etmək;
  • Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlər.

Tələblər

  • Müvafiq ixtisas üzrə ali təhsil;
  • Mülki-sənaye tikinti sahəsində sənədlərə nəzarət üzrə azı 2 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – yaxşı, Rus dili – arzuolunandır;
  • Kompüter bacarıqları: MS Office – yaxşı, Aconex, 1C – arzuolunandır;
  • Yüksək səviyyədə işgüzar yazışma bacarığı;
  • Komandada işləmək və ünsiyyət bacarığı.

Vakansiya haqqında

Son tarix

sentyabr 29, 2024

Paylaşılıb

sentyabr 13, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Tikinti və Daşınmaz əmlak