"Agrarco" MMC
Ana səhifə
/
/
/
Keyfiyyətə nəzarət inspektoru (Qusar rayonu üzrə)

Keyfiyyətə nəzarət inspektoru (Qusar rayonu üzrə)

20-12-2024

270

Təsvir

  • Müəssisəyə daxil olan maddi resursların (xam mal, köməkçi materiallar və s) standarta və texniki şərtlərə cavab verməsini yoxlamaq;
  • Material resursların ilk girişdə qəbul aktına tam nəzarət;
  • İstehsal olunan məhsula dair normaların müəyyənləşdirilməsi və onun istehsalat tərəfindən qəbul edilməsi;
  • İstehsal prosesinin hər mərhələsində müəyyən edilmiş normalara görə nəzarət;
  • Keyfiyyətə nəzarət məqsədi ilə istehsal olunan məhsuldan nümunə seçmə metodologiyasına əsaslanaraq keyfiyyət sınaqlarının aparılmasını təşkil etmək;
  • Müəssisə tərəfindən istehsal olunmuş məhsulun keyfiyyətinə görə sortunu müəyyən etmək;
  • Qəbul olunmuş və rədd edilmiş məhsulların etiketlənməsi;
  • Normativ texniki sənədə uyğun olmayan məhsulların səbəbini araşdırmaq və uyğunsuzluqların aradan qaldırılmasında düzəldici fəaliyyət planı təqdim etmək;
  • Defektli və qüsurlu məhsulların dövriyyədən çıxarılmasını təmin etmək;
  • Yenidən yoxlama sınaqlarını apararaq məhsulun keyfiyyət sortunu aşağı salmaq;
  • Məhsulların analizi və texniki uçotunu aparmaq;
  • Məhsulun keyfiyyəti barədə məlumatı sifarişçi və istehlakçıya çatdırılmasını təmin etmək;
  • Periodik olaraq məhsulun keyfiyyəti barədə məlumatın çatdırılması məqsədi ilə keyfiyyətə nəzarət sınaqlarının məlumat bazasına yığılması və nəticələrin analizi;
  • Keyfiyyəti ölçmə cihazlarının vəziyyətinin sistematik olaraq nəzarət altında saxlanması;
  • Normativ texniki sənədlərin daim yenilənməsini nəzarət altında saxlamaq;
  • Vaxtaşırı keyfiyyətə nəzarət sınaq proseslərində iştirak etmək;
  • Müştəridən və istehlakçılardan gələn şikayət və təklifləri analiz etmək, uyğunsuzluğun yaranma səbəbini araşdırmaq və eyni zamanda texnoloqla birgə istehsal prosesi mərhələlərini bir daha gözdən keçirmək; 
  • Müəssisənin (soyuducu anbarın, o cümlədən emal sahəsinin) təmizlik/pest kontrol planının tərtibi, onun qeydiyyat və həyata keçirilməsinin nəzarət altında saxlanılması.

Tələblər

  • Kənd təsərrüfatı, qida mühəndisliyi, bağçılıq və ya əlaqədar sahədə bakalavr dərəcəsi;
  • Qida təhlükəsizliyi standartları üzrə biliklər;
  • Keyfiyyətə nəzarət sahəsində ən azı 2 il, meyvəçilik və bağçılıq sahəsində ən azı 5 il iş təcrübəsi;
  • Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları. Rus dili biliyi üstünlük sayılacaq;
  • Yerli və ixrac bazarları üçün meyvə qiymətləndirmə standartları üzrə biliklər;
  • Meyvələrin xüsusiyyətlərini yoxlamaq üçün keyfiyyətə nəzarət alətlərindən istifadə üzrə bacarıq;
  • Təzyiq altında işləyə bilmək bacarığı;

Vakansiya haqqında

Son tarix

yanvar 29, 2025

Paylaşılıb

dekabr 20, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı

İmtiyazlar

  • Tibbi Sığorta (işçini əhatə edən)
  • Korporativ nömrə və danışıq limiti
  • Kariyerada yüksəlmə imkanı
  • Təlim dəstəyi