Prime Cotton

Baş energetik

20-12-2024

167

Təsvir

  • Elektrik avadanlıqlarının fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan  səviyyədə saxlanılmasını, qənaət rejiminə riayət etməklə enerji ehtiyatlarından səmərəli istifadə olunmasını təmin etmək;
  • Elektrik avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək;
  • Ehtiyat hissələrinin və materialların, avadanlıqların tələbatına əsasən zavodun enerji təsərrüfatını təmin etmək;
  • Xam pambığın tədarükü və saxlanılması zonasında, mahlıc emalı sexində, texnika parkında, mahlıc və çiyid anbarında elektrik təhlükəsizliyini təmin etmək;
  • Təmir üçün podrat təşkilatları ilə planları (qrafikləri) razılaşdırır, onları lazımi texniki sənədlərlə təmin edir, əsaslı təmir üçün siyahı tutulmasında iştirak etmək;
  • Enerji təsərrüfatının perspektiv inkişafı planlarının, elektrik avadanlıqlarının yenidən qurulması üzrə təkliflərin işlənib hazırlanmasına rəhbərlik etmək;
  • Elektrik avadanlıqların  təmiri,  təmir-istismar  ehtiyaclarına  material  sərfi  üzrə sənədlərin  işlənib-hazırlanmasına, təmirin keçirilməsinə,  smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materilların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik etmək;
  • Köhnəlmiş avadanlıqları müəyyən etmək və onların təmirini növbələşdirmək;
  • Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini təmin etmək;
  • Elektrik avadanlıq və qurğulara təmir xidməti göstərən işçilərə rəhbərlik etmək;
  • Emal sexində, zavodyanı ərazidə, anbarlarda və bütün ərazidə bütün birləşdiricilərin izolyasiya örtüyü ilə bağlamasına nəzarət etmək;
  • İşlək avadanlıqların istənilən vaxt ehtiyyat avadanlıqları ilə dəyişdirilməsinə qərar verib təmin etmək;
  • Bütün ərazidə elektrik cihazlarının təhlükəsiz şəraitdə işləməsinə nəzarət etmək;
  • Enerji təsərrüfatının istismarı üçün lazım olan ehtiyat hissələrinin əldə edilməsi üçün sifarişlərin və hesablamaların tərtibini planlaşdırmaq;
  • Texnoloji avadanlıqlarının elektrik hissələrinin, şəbəkənin təmirinin və istismarını təmin etmək;
  • Elektirik qurğularının, nəzarət-ölçü, elektrik cihazlarının təhlükəsiz istismarına, yeraltı qurğuların və kommunikasiyaların qorunması üzrə işlərin aparılmasına nəzarəti təmin etmək;
  • Elektrik cihazlarının təmiri və yoxlanılmasını qrafikə uyğun təşkil edir və vaxtaşırı bütün elektrik cihazlarının sazlığını yoxlamaq;
  • Elektrik avadanlıqlarının, həmçinin elektrik enerjisi sərfinin təhlilini aparır, qəzalar, onların statistikası və səbəblərini araşdırır və uçotunu təşkil etmək;
  • Tabeliyində olan sex və şöbələrə nəzarət etmək.


    

Tələblər

  • Təhsil: Ali
  • Təcrübə: 3 il
  • Texniki bilikləri:
  • Müvafiq icra hakimiyyəti orqanlarının əmrlərini, enerji xidməti üzrə metodiki, normativ və digər aidiyyatı sənədləri bilməlidir;
  • Elektrik qurğularının və enerji avadanlıqlarının qurulması, istismarı qaydalarını bilməlidir;
  • Müəssisənin spesifik xüsusiyyətlərini, enerji təsərrüfatını, onun inkişaf perspektivlərini bilməlidir;
  • Enerji təsərrüfatının təşkili, onun texniki istismarı qaydalarını və təmir aparılmasının texnologiyasını bilməlidir;
  • Plan-xəbərdaredici təmir sistemini və avadanlığın səmərəli istismarını təşkil etməlidir;
  • Elektrik avadanlıqlarının istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini və iş rejimini (enerji istifadə edən qurğuların) onların istismar qaydalarını bilməlidir;
  • Emalın, əməyin və idarəetmənin təşkilinin əsaslarını bilməlidir;
  • Əməyin mühafizəsi, istehsalat sanitariyası, təhlükəsizlik texnikası və yanğından mühafizənin norma və qaydalarını bilməlidir;
  • Vaxtında doğru qərar qəbul etmək bacarığı olmalıdır.



Vakansiya haqqında

Son tarix

yanvar 19, 2025

Paylaşılıb

dekabr 20, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı