ATB Bank
Ana səhifə
/
/
/
Biznesin proseslərinin idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi

Biznesin proseslərinin idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi

  • ATB Bank
  • 85 Cəlil Məmmədquluzadə küçəsi, Bakı 192/193, Azərbaycan
  • Tam ştat

Bu gün

11

Təsvir

  • Bankın əsas biznes proseslərinin “AS-IS” təsvirini (proses xəritələri, BPMN diaqramları) hazırlamaq;
  • Mövcud proseslərdə boşluqları, təkrarlanan addımları və qeyri-səmərəli mərhələləri müəyyən etmək;
  • “TO-BE” model təkliflərini hazırlamaq və proses sahibləri ilə razılaşdırmaq;
  • Proseslərin avtomatlaşdırılması və rəqəmsallaşdırılması imkanlarını qiymətləndirmək, müvafiq departamentlərlə (İT, Əməliyyat) koordinasiya etmək;
  • Yeni və ya yenilənən proseslər üzrə daxili prosedur və reqlamentlərin layihələrini hazırlamaq;
  • Tətbiq olunan proses dəyişikliklərinin nəticələrini (vaxt, xərc, keyfiyyət göstəriciləri üzrə) izləmək və hesabatlılığı təmin etmək;
  • Struktur bölmələrlə birgə proses təkmilləşdirmə layihələrinin icrasında iştirak etmək;
  • Rüblük/illik BPM fəaliyyəti üzrə icmal materiallarını hazırlamaq.

Tələblər

  • İqtisadiyyat, biznes idarəetməsi, mühəndislik və ya İT üzrə ali təhsil;
  • Bank və ya maliyyə sektorunda minimum 2–3 il müvafiq iş təcrübəsi, o cümlədən biznes proseslərinin təsviri və optimallaşdırılması sahəsində iş təcrübəsi;
  • Proses modelləşdirmə metodologiyaları (BPMN 2.0) və müvafiq alətlərdə (məsələn, Bizagi, Visio, ARIS və ya oxşar) işləmə bacarığı;
  • Proseslərin “AS-IS” və “TO-BE” təsviri, boşluqların (gap) analizi və təkmilləşdirmə təkliflərinin hazırlanması bacarığı;
  • Lean, Six Sigma və ya digər proses təkmilləşdirmə metodologiyaları üzrə biliklər; sertifikatın olması üstünlükdür;
  • RPA və proseslərin avtomatlaşdırılması imkanlarının qiymətləndirilməsi üzrə təcrübə arzuolunandır;
  • Kross-funksional komandalarla işləmə və proses sahiblərinin (Process Owner) əlaqələndirilməsi bacarığı;
  • Daxili normativ sənədlərin (prosedur, təlimat, reqlament) hazırlanması üzrə təcrübə;
  • Güclü analitik düşüncə, təfərrüata diqqət və problem-həll etmə qabiliyyəti;
  • Microsoft Excel, PowerPoint və Visio (və ya digər proses modelləşdirmə vasitəsi) proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
  • Ünsiyyət və komandada işləmək bacarığı;
  • İngilis dili biliyi mütləqdir.

Vakansiya haqqında

Son tarix

September 16, 2026

Paylaşılıb

avqust 17, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə