Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
Ana səhifə
/
/
/
İnformasiya sisteminə dəstək üzrə mütəxəssis (ServiceDesk)

İnformasiya sisteminə dəstək üzrə mütəxəssis (ServiceDesk)

21-11-2024

2.4K

Təsvir

  • Dəstək üzrə daxil olmuş müraciətləri zəruri hallarda aidiyyəti icraçı(subpodratçı) şirkətlərə yönəltmək, problemin həlli prosesinə nəzarət etmək və nəticəsi haqqında İstifadəçiləri məlumatlandırmaq;
  • Dəstək bileti ssenarisini tam təsvir etmək üçün zəruri ətraflı məlumatları almaq məqsədilə müştəri ilə əlaqə qurmaq;
  • Bilik bazasından istifadə edərək dəstək ssenarilərini araşdırmaq və müəyyən edilmiş hər hansı həll variantı barədə istifadəçi ilə məsləhətləşmək;
  • Razılaşdırılmış SLA sazişi çərçivəsində istifadəçiyə ilkin cavabı vermək;
  • Barəsində bilik bazasında heç bir həll variantı olmayan biletləri eskalasiya siyasətinə uyğun olaraq dəstək qrupu və çağrı mərkəzi üzrə əlaqələndiriciyə eskalasiya etmək;
  • Eskalasiya edilmiş biletlər həll edilən vaxt dəstək qrupunun mütəxəssisləri ilə yaxından işləmək, habelə biletlərin vəziyyətinə və gedişinə nəzarət etmək;
  • Sürətlə həll edilməyən və ya SLA üzrə son tarixləri yaxın olan biletləri eskalasiya siyasətinə uyğun olaraq Yardım xidməti üzrə aidiyyəti şəxsə eskalasiya etmək;
  • Dəstək qrupunun mütəxəssisləri tərəfindən təqdim etdikləri bilet üzrə həll variantı barədə ətraflı məlumatla Bilik bazasını yeniləmək;
  • Sistem istifadəçisi şikayətlərinə vaxt çərçivəsində müvafiq həllər və alternativlər təqdim etmək, texniki problemlərin həllini təmin etmək üçün daxili komandalarla işləmək;
  • İstifadəçilərin rəyini toplayıb, Proqram təminatı Menecementi komandasıyla paylaşaraq xidmət keyfiyyətinin artırılmasına dəstək göstərmək;
  • Layihə menecerindən və ya məhsul menecerindən daxil olan məlumatlara əsaslanaraq ətraflı test planları, test nümunələri və xəta hesabatlarının hazırlanması;
  • Proqram təminatının performans standartlarına cavab verdiyinə və hər hansı səhvlərin həllinə əmin olmaq üçün sınaqdan keçirilməsi;
  • Tətbiqin bütün aspektlərini, o cümlədən funksionallıq və istifadə imkanlarını sınaqdan keçirməklə bütün tələblərin yerinə yetirilməsini təmin etmək;
  • Xətalar haqqında rəy bildirmək və kodda təkmilləşdirmələr təklif etmək üçün məhsul sahibləri ilə qarşılıqlı ünsiyyət qurmaq;
  • İstifadəsinin asan olmasını və istifadəçi ehtiyaclarına cavab verməsini təmin etmək üçün tətbiqin istifadəçiləri ilə istifadəyə yararlılıq testlərində iştirak etmək;
  • Proqram təminatları biliklərinin idarə edilməsi metodologiyalarını öz təcrübə sahələrində tətbiqinə rəhbərlik etməklə biliklərin transferi və idarəetməsini təmin etmək;
  • Tətbiq istifadəçilərinə biliklərin effektiv ötürülməsi, paylaşılması və kommunikasiyası üçün standartları tərtib və təmin etmək;
  • Müvafiq təlim sessiyalarını planlaşdırmaq, videolar, təqdimatlar, sənədlər və s. kimi müxtəlif formatlarda təlim materialları hazırlamaq.Sistem istifadəçilərinə qarşı hər zaman pozitiv, empatik və peşəkar münasibət saxlamaq;
  • Qeydiyyata alınmış müraciətləri vaxtında həll etmək və müraciətlərlə bağlı geri dönüş etmək;
  • Texniki işlərin sənədləşməsi və hazırlanması;

Tələblər

  • Təhsil: İnformasiya Texnologiyaları və ya Nəqliyyat sahəsində (arzuolunandır);
  • Təcrübə: ən azı 3 il;
  • Nəqliyyat sahəsində sistemlərlə iş təcrübəsi olanlar üstünlük təşkil edəcək;
  • Müştəri xidmətləri, test və ya təlim sahəsində minimum 2 illik təcrübə;
  • Dil bilikləri: Azərbaycan mükəmməl, Rus və İngilis yaxşı səviyyədə;
  • Sənəd dövriyyəsi məhsulları üzrə təcrübə üstünlükdür;
  • MS Office, Service Desk, Visio, Jira, Confluence və bənzəri Agile alətləri;
  • SQL bilikləri üstünlükdür. 

Vakansiya haqqında

Son tarix

dekabr 24, 2024

Paylaşılıb

noyabr 21, 2024

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Natamam ali

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik