Unibank Kommersiya Bankı
Ana səhifə
/
/
/
İnformasiya sistemlərinin mühafizəsi üzrə Aparıcı mütəxəssis

İnformasiya sistemlərinin mühafizəsi üzrə Aparıcı mütəxəssis

17-12-2024

1.2K

Təsvir

  • Şirkətin məxfi məlumatlarının mühafizəsini təmin etmək üçün şifrələmə texnologiyalarının (məsələn, Bitlocker) tətbiqi və idarə edilməsi.
  • Müəssisənin istifadəçi identifikasiyası və idarəetmə sistemlərinin təhlükəsizliyini təmin etmək, yeni istifadəçilərin əlavə olunması, mövcud istifadəçilərin hüquqlarının yenilənməsi və ya ləğv edilməsi.
  • Bir dəfəlik şifrə texnologiyaları (OTP) ilə istifadəçi girişlərinin təhlükəsizliyinin təmin edilməsi, iki faktorlu autentifikasiya sistemlərinin tətbiqi və dəstəklənməsi.
  • Microsoft Azure bulud infrastrukturunda təhlükəsizliyin təmin edilməsi, bulud əsaslı xidmətlərdə məlumatların qorunması üçün təhlükəsizlik tədbirlərinin tətbiqi və monitorinqi.
  • VmWare vCenter virtualizasiya platformasının təhlükəsizliyinin təmin edilməsi, virtual maşınların idarə olunması və mühafizəsi.
  • E-poçt təhlükəsizliyinin təmin olunması, şübhəli e-poçtların bloklanması və təhlükəsizlik insidentlərinin araşdırılması üçün tədbirlər görmək.
  • Phishing və digər e-poçt əsaslı hücumlardan qoruma üçün siyasətlərin tətbiqi və müvafiq alətlərin (məsələn, ProofPoint və Cisco ESA) idarə olunması.
  • XDR (Extended Detection and Response) həllərinin idarə olunması və tətbiqi, geniş şəbəkə və məlumat bazasında təhlükəsizlik insidentlərinin aşkarlanması və onlara cavab verilməsi.

Tələblər

 

  • Ali təhsil (İnformasiya Texnologiyaları, İnformasiya Təhlükəsizliyi və ya Tətbiqi Riyaziyyat sahəsi üzrə təhsilə üstünlük verilir);
  • İnformasiya Texnologiyaları, Telekommunikasiya və ya Təhlükəsizlik sahəsində 3 ildən artıq təcrübəyə üstünlük verilir; 
  • Məlumatların şifrələnməsi texnologiyası üzrə bilik;

             IDM (Identity Management): İstifadəçi identifikasiyası və idarəetmə sistemləri üzrə təcrübə;

  • Şifrələmə texnologiyaları və birdəfəlik şifrə texnologiyaları üzrə biliklər;
  • Bulud təhlükəsizliyi və Azure təhlükəsizlik xidmətləri üzrə təcrübə;
  • Virtualizasiya və VmWare təhlükəsizliyi üzrə təcrübə;
  • E-poçt təhlükəsizliyi sistemlərinin tətbiqi və idarə edilməsi;
  • XDR (Extended Detection and Response): Genişləndirilmiş aşkarlama və cavab həlləri üzrə biliklər.

Vakansiya haqqında

Son tarix

yanvar 30, 2025

Paylaşılıb

dekabr 17, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik