Aztelekom MMC
Ana səhifə
/
/
/
Energetika üzrə mühəndis (Xaçmaz)

Energetika üzrə mühəndis (Xaçmaz)

19-12-2024

60

Təsvir

  • Enerji şəbəkəsində istismarda olan avadanlıqların dayanıqlı və keyfiyyətli işini, texniki göstəricilərin normalardan kənara çıxmamasını təmin edir.
  •  Şöbəyə daxil olmuş sifarişə uyğun olaraq yeni elektrik avadanlığını quraşdırır və digər enerji işlədici avadanlıqlara elektrik bağlantılarının verilməsini təşkil edir.
  • Filial şöbəsinin balansında olan transformatorların istismarına və digər qurumlar tərəfindən aparılan baxış işlərinə nəzarəti təmin edir.
  •  Elektrik qida qurğularının əsaslı təmirə ehtiyacı olduqda əlavə mütəxəssisin cəlb olunması və ya sıradan çıxan detalın təmirinin təşkil edilməsi ilə əlaqəli birbaşa rəhbərinə təkliflər tədim edir.
  • Torpaqlanma sistemlərinin baxımı və istismarını təşkil edir. Təlimata uyğun olaraq, torpaqlanma müqavimətinin ölçülməsini həyata keçirir və hesabatını verir.
  • Bina təsərrüfatlı elektrik sistemlərinin istismarı, proflaktikası, təmiri və yeni elektrik qoşulmalarını təmin edir.
  •   İstismarına cavabdeh olduğu elektrik təsərrüfatı üzrə müvafiq ölçmə işlərinin (kabel izolyasiya müqavimətinin və s.) aparılmasını təmin edir.
  • Müxtəlif tip, texniki parametrə malik akkumulyatorların istismarını, profilaktikasını təşkil və təmir edir.
  • Generatora giriş və çıxış elektrik xətlərinin,AVR sistemlərinin (əgər tələb olunarsa) yenilənməsini, istismarını, təmirini təmin edir.
  • Cavabdeh olduğu elektrik təsərrüfatı üzrə qida sistemlərinin struktur və prinsipial sxemlərinin çəkilməsi, vahid texniki registir üzrə məlumatların yenilənməsi işlərində iştirak edir.
  •  Enerji sistemlərinin monitorinq olunması ilə əlaqədar olaraq şöbəyə daxil olmuş sifarişə uyğun quraşdırma, istismar işlərini təşkil edir.
  •  Genertor yanacaq sərfiyatının qeydiyatını aparmaqla məlumatları bir başa rəhbərinə çatdırılmasını təmin edir.
  • Elektrik sayğacı-texniki şərtin alınması, quraşdırılmasına nəzarət, aktlar, metodiki hesabatlar, sayğacın düzgün işləməsini təmin edir.
  • Rabitə avadanlıqlarının soyutma sistemlərinin dayanıqlı istismarı və baxımın təşkili.

Tələblər

  • Energetika və ya Rabitə və İnformasiya Texnologiyaları sahəsində ali və ya orta texniki təhsilli olmalı.
  • Energetika şəbəkələrinin istismarı sahəsində ən azı 1 (bir) il profesional iş təcrübəsi olmalı.
  • Enerji sistemləri şəbəkəsində istismarda olan avadanlıqların texniki xarakteristikalarını, elektrik, montaj, prinsipial və funksional sxemlərini, təyinatını və iş rejimlərini bilməli.
  • Enerji sistemləri şəbəkəsində istismarda olan avadanlıqlarda baş vermiş zədələnmələrin aradan qaldırılması üçün mövcud istismar təlimatlarını mükəmməl bilməli.
  •  MS Office proqramlarını bilməli.


Vakansiya haqqında

Son tarix

dekabr 25, 2024

Paylaşılıb

dekabr 19, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik