"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Aparıcı Data Mühəndisi / Biznes Məlumatlarının İntellektual Emalı (Bİ) və Data Mühəndisliyi Mərkəzi

Aparıcı Data Mühəndisi / Biznes Məlumatlarının İntellektual Emalı (Bİ) və Data Mühəndisliyi Mərkəzi

Dünən

207

Təsvir

  • Məlumatların toplanması, yığılması və inteqrasiyası: Python (Pandas, NumPy, Requests və s.) vasitəsilə fərqli məlumat mənbələrindən (API, fayllar, verilənlər bazaları) məlumatların toplanması, təmizlənməsi, strukturlaşdırılması və birləşdirilməsi proseslərini həyata keçirmək;
  • Məlumatların köçürülməsi və idarə edilməsi: ETL vasitəsilə məlumatların müxtəlif mənbələrdən hədəf sistemlərə səmərəli və təhlükəsiz şəkildə köçürülməsini təmin etmək;
  • İş proseslərinin avtomatlaşdırılması: ETL işlərinin və məlumat köçürülmə proseslərinin avtomatlaşdırılmasını təmin etmək, beləliklə, sistemin davamlı və effektiv işləməsini təmin etmək;
  • Data Pipeline və Data Flows yaradılması: Məlumatların inteqrasiyası və emalı üçün Data Pipeline və Data Flows dizayn etmək, optimallaşdırmaq və inkişaf etdirmək;
  • Verilənlər bazası əməliyyatları: Məlumatların daxil edilməsi, silinməsi və yenilənməsi üzrə SQL prosedurlarını yazmaq, optimallaşdırmaq və tətbiq etmək.


Tələblər

  • Təhsil səviyyəsi: Ali (Bakalavr);
  • Data Mühəndisliyi sahəsində minimum 2 il iş təcrübəsi;
  • Tələb olunan Proqram Bilikləri: Python,MSSQL,Oracle SQL ,ETL tools ;
  • Problemi həll etmə, analitik düşünmə bacarığı;
  • Komanda ilə işləmə bacarığı;
  • Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
  • Danışıqların aparılması bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı, liderlik keyfiyyətləri;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Təqdimat bacarıqları;
  • Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
  • Microsoft Office proqramları (MS Excel, MS Word, PowerPoint – yüksək);
  • Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( orta texniki)

 

 

 

İş qrafiki:


  • Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)


 

İş yeri:

  • Heydər Əliyev Beynəlxalq Hava Limanı

Vakansiya haqqında

Son tarix

January 22, 2026

Paylaşılıb

yanvar 16, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik