· Biznes tələblərini başa düşmək, təhlil etmək və təşkilat üçün süni intellekt (AI) və maşın öyrənməsi (ML) imkanlarını müəyyən etmək;
· Müasir AI alətlərini, LLM (Böyük Dil Modelləri) və ML çərçivələrini araşdırmaq, uyğun olanları seçmək və biznes proseslərinə tətbiq etmək;
· Mövcud İT sistemlərinin vəziyyətini təhlil etmək və AI modellərinin bu sistemlərlə (mikroservislər və verilənlər bazaları) inteqrasiyasını təmin etmək;
· Verilənlərin toplanması, təmizlənməsi, emalı və modellər üçün hazırlanması proseslərini qurmaq və optimallaşdırmaq
· Biznes ehtiyaclarına cavab verən proqnozlaşdırıcı modellər, çat-botlar və ya avtomatlaşdırma həlləri hazırlamaq;
· AI modellərinin dəqiqliyini, performansını və təhlükəsizliyini (data məxfiliyi) təmin etmək, texniki riskləri müəyyən etmək və həll yolları təklif etmək;
· Hazırlanmış həllərin İT komandası tərəfindən mənimsənilməsinə dəstək olmaq, rəhbərə texniki hesabatlar vermək və mürəkkəb problemlərin həllində iştirak etmək;
· Modellərin və alqoritmlərin texniki sənədləşməsini dəqiq və vaxtında hazırlamaq.
· Birbaşa rəhbər ilə işləyərək süni intellekt üzrə strateji təşəbbüslərin formalaşdırılmasında iştirak etmək
· Zərurət olduqda digər komandalara texniki məsləhət və metodoloji dəstək göstərmək.
· Ali təhsil (İnformasiya texnologiyaları, Kompüter elmləri, Riyaziyyat və ya oxşar sahələr arzuolunandır);
· Süni intellekt, maşın öyrənməsi və ya data sahəsində minimum 2–3 il iş təcrübəsi;
· Real layihələrdə ML modellərinin istehsal mühitinə çıxarılması üzrə təcrübə arzuolunandır.
Dil bilikləri:
· Azərbaycan dili – əla
· İngilis dili – yaxşı
Texniki biliklər:
· Python proqramlaşdırma dili üzrə dərin biliklər;
· Maşın öyrənməsi və dərin öyrənmə alqoritmləri üzrə biliklər;
· TensorFlow, PyTorch kimi kitabxanaların biri ilə praktiki təcrübə;
· Verilənlərin emalı və analizi (məsələn: Pandas, NumPy) üzrə təcrübə;
· Model qiymətləndirmə, tuning və validation metodları üzrə biliklər;
· SQL və verilənlər bazaları ilə işləmə bacarığı (PostgreSQL, MySQL);
· REST API-lər vasitəsilə AI modellərinin inteqrasiyası üzrə anlayış arzuolunandır;
· Docker və CI/CD prosesləri üzrə baza bilikləri arzuolunandır;
· Linux mühitində işləmə təcrübəsi;
· Məlumat təhlükəsizliyi və məxfilik prinsipləri üzrə ümumi biliklər.
Yumşaq bacarıqlar:
· Analitik düşünmə və problem həll etmə bacarığı;
· Mürəkkəb texniki anlayışları aydın və strukturlaşdırılmış şəkildə izah etmək bacarığı;
· Komanda daxilində və rəhbərliklə effektiv ünsiyyət qurmaq bacarığı;
· Öyrənməyə açıq olmaq və yeni texnologiyalara tez adaptasiya;
· Agile və iterativ iş mühitində işləmə təcrübəsi.
Son tarix
April 2, 2026
Paylaşılıb
mart 3, 2026
Vakansiya növü
Tam ştat

AzəriMed QSC ● Bakı, Azərbaycan
Bu gün
801

"Azərbaycan Hava Yolları" QSC ● Bakı, Azərbaycan
Bu gün
5

İcbari Sığorta Bürosu ● Bakı, Azərbaycan
Bu gün
9

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ● Bakı, Azərbaycan
Bu gün
9