İcbari Sığorta Bürosu
Ana səhifə
/
/
/
Rəqəmsal həllər üzrə baş analitik

Rəqəmsal həllər üzrə baş analitik

Bu gün

8

Təsvir

• Proqram təminatının hazırlanması üzrə texniki tapşırıqların yoxlanılması və dəyərləndirilməsi;

• Proqram təminatının funksional testlərinin (front-end və back-end) aparılması və veb-servislərin keyfiyyətinə nəzarət edilməsi;

• Daxili biznes məntiqinin inkişaf etdirilməsi və keyfiyyətə nəzarət;

• APİ sənədləşməsinin tərtibi və yoxlanılması;

• Json, XML strukturlarından istifadə edərək APİ sənədlərinin hazırlanması;

• Analiz və dizayn sənədlərinin hazırlanması;

• Data modelin qurulmasında iştirak;

• Postman, Swagger kimi alətlərlə işləmək;

• İş axınlarını təsvir etmək üçün draw.io, MS Visio alətlərindən istifadə;

• Dizayn və mockup formaların hazırlanması üçün Figma, Miro kimi vasitələrdən istifadə;

• İri həcmli məlumat bazaları və SQL sorğuları ilə işləmək;

• Maraqlı tərəflərlə ünsiyyətin qurulması və onların tələblərinin toplanması;

• Layihənin məqsədlərinə çatmaq üçün iş həcminin dəqiq müəyyənləşdirilməsi və fəaliyyətin təşkili;

• Daxili hesabatların hazırlanması və təhlili;

• Xarici və daxili işçi qrupları ilə koordinasiyalı əməkdaşlıq;

•Proqram təminatında təkmilləşdirmə ilə bağlı təkliflər vermək;

•Yeni funksional modul və data strukturların hazırlanması iştirak etmək;

• Arixtektural dəyişikliklərin icrasında iştirak etmək;

• Mövcüd və hazır edilmiş SDS-lərin təftiş edilməsi, təkmilləşdirilməsinə dair təkliflər vermək ;



Tələblər

Ali təhsil;

• Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;

Dil bilikləri:

• Azərbaycan dili – əla;

• İngilis dili – yaxşı;

• Rus dili – yaxşı;

Texniki biliklər:

• Microsoft Excel üzrə yüksək səviyyədə biliklər;

• APİ sənədləşməsi və inteqrasiyası üzrə biliklər;

• Json və XML strukturları ilə işləmək bacarığı;

• SQL ilə işləmək bacarığı;

• Postman, Swagger ilə işləmə bacarığı;

• Draw.io, MS Visio, Figma, Miro kimi alətlərlə işləmə bacarığı;

• Vizuallaşdırma və data analitika alətləri üzrə təcrübə (arzuolunandır – Python, Power BI və ya Tableau);

Jira project və Jira service desk ilə işləmək üçün baza biliklərə sahib olmaq;

Yumşaq bacarıqlar:

• Analitik düşüncə və iri həcmli məlumatlarla işləmək bacarığı;

• Məsuliyyətli, operativ və dəqiq olmaq;

• Komanda ilə işləmək və yüksək kommunikasiya bacarığı;

• Maraqlı tərəflərlə effektiv əlaqə qurmaq və tələbləri dəqiq ifadə etmək bacarığı.

Vakansiya haqqında

Son tarix

April 2, 2026

Paylaşılıb

mart 3, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik