Prime Cotton
Ana səhifə
/
/
/
Cer maşınları üzrə operator (Mingəçevir)

Cer maşınları üzrə operator (Mingəçevir)

Bu gün

79

Təsvir

  • Məhsul istehsal etmək, birləşdirmək və ya nəql etmək üçün xüsusi maşınlardan istifadə etmək;
  • Maşınları kifayət qədər xammal ilə təmin etmək üçün,ilk məhsul nəzarətini və operator aralıq nəzarətini yerinə yetirmək;
  • Maşının parametrlər cədvəlinə uyğun olaraq işləməyinə nəzarət etmək;
  • Kovaların aidiyatı Lot üzrə qədəmələrinin (fərqli metraj və çəki) düzülüşünə, makinanın gözlərinə düzgün verilməsinə diqqət etmək;
  • Daraq sahəsindən gələn kovaların lent maşınlarına daraqların nömrəsinə görə düzgün yerləşdirilməsinə diqqət yetirmək;
  • Maşınla əlaqəli səhvləri və ya çatışmazlıqları aşkar etmək üçün dəyişiklik zamanı baş verə biləcək problemləri həll etmək;
  • Maşınlarda aşkar olunmuş texniki problemlər barədə rəhbərə məlumat vermək;
  • Maşın və avadanlıqlara qulluq etmək,təmiz saxlamaq;
  • Gigiyenik və nizamlı iş mühiti yaratmaq üçün obyektin təmizliyini və qaydasını təmin etmək;
  • İş prossesinə iş sahəsinə, növbənin ərazi, avadanlıq baxımından təmiz və səliqəli, avadanlıqların işçi və saz vəiyyətdə təhvil alınmasından başlamaq;
  • İstehsalat prossesinin gedişatına və hansı prossesin hansı həcmdə getməyinə diqqət yetirmək;
  • Fərdi mühafizə vasitələrinin istifadəsinə, təhlükəsizlik tədbirlərinə diqqət yetirməklə, avadanlığın təmizliyini fasiləsiz surətdə aparmaq;
  • Növbə ərzində baş verə biləcək qüsur, qəzalar,yanğın təhlükəsi haqqında dərhal rəhbərliyə xəbər vermək;
  • İşin sonunda iş sahəsini və avadanlıqları təmiz və səliqəli şəkildə təhvil vermək;
  • İş vaxtı aidiyyatı iş yerində olmaq, verilən tapşırığı düzgün və təhlükəsiz yerinə yetirmək;
  • İstehsalat prosesinin fasiləsiz və qəzasız aparılmasına diqqət etmək.

 

Tələblər

Təhsil:

Orta təhsil.


Təcrübə:

Müvafiq sahə üzrə iş təcrübəsinin olması arzuolunandır.


Texniki biliklər:

  • Avadanlıqları tənzimləmə qaydalarını;
  • Keyfiyyət və təmizlik parametrlərini;
  • Əməyin mühafizəsi. təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını.


Fərdi keyfiyyət və bacarıqlar:

  • Komandada işləmə bacarığı;
  • Müxtəlif iş vəziyyətlərinə cavab verə bilən çeviklik;
  • Təşəbbüskar;
  • Yeni ideyalar təklif etmə bacarığı;
  • Məsuliyyətlilik;
  • Düzgünlük.

 

Vakansiya haqqında

Son tarix

May 28, 2025

Paylaşılıb

апрель 29, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı