Prime Cotton
Ana səhifə
/
/
/
Mexanik tələbə (Biləsuvar)

Mexanik tələbə (Biləsuvar)

Dünən

86

Təsvir

  • Baş nəqliyyat mexanikinə gündəlik fəaliyyətlərdə texniki dəstək göstərmək;
  • Kənd təsərrüfatı texnikası və digər nəqliyyat vasitələrinin gündəlik işə hazırlığını təmin etməkdə iştirak;
  • Hissə və qovşaqların vizual texniki baxışının həyata keçirilməsində iştirak etmək.
  • Nasazlıqların aşkarlanması və aradan qaldırılması proseslərində iştirak;
  • Təmir işlərinin aparılması zamanı texniki heyətə yardımçı olmaq;
  • Alət və avadanlıqların düzgün istifadəsinə və nasazlıq vəziyyətlərinə nəzarətdə dəstək.
  • Lazımi ehtiyat hissələrinin ölçüsü, növü və uyğunluğunun yoxlanması prosesində iştirak;
  • Yedək hissələrin qənaətcil istifadəsinin təmin edilməsində nəzarət fəaliyyətinə dəstək.
  • Təmir işləri zamanı əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına əməl etmək;
  • İş ərazisinin tələblərə uyğun hazırlanması və risklərin vaxtında müəyyən edilməsi prosesinə cəlb olunmaq.
  • Təmir və xidmət işləri üzrə məlumatların toplanması və protokollaşdırılmasına dəstək;
  • Rəhbərliyə təqdim olunacaq hesabatların hazırlanmasında iştirak.
  • Təlimat kitabçaları və texniki sənədlərlə tanış olmaq, müvafiq bilikləri öyrənmək.

Tələblər

🎓 Təhsil:

  • Ali təhsil;
  • (Mexanika, kənd təsərrüfatı texnikası, avtomobil nəqliyyatı, texniki xidmət və ya əlaqəli sahələr üzrə).


🛠 Təcrübə:

  • Təcrübə tələb olunmur
  • (Bu sahədə işləmək və praktiki bilik qazanmaq istəyən tələbələr və yeni məzunlar üçün nəzərdə tutulur).


🌐 Dil bilikləri:

  • Azərbaycan dili – sərbəst yazı və danışıq bacarığı;
  • İngilis dili – arzuolunandır.


💻 Kompüter bilikləri:

  • MS Office proqramlarında işləmə bacarığı (xüsusilə Excel və Word);
  • Texniki sənədlərlə tanış olmaq və əsas qeydiyyat işlərini aparmaq bacarığı.


⚙️ Texniki və sahə üzrə ilkin biliklər:

  • Kənd təsərrüfatı texnikasının əsas hissələri və funksiyaları barədə ümumi anlayışlar;
  • Texniki xidmət və sadə təmir prinsipləri barədə ilkin biliklər;
  • Nasazlıqların müşahidə olunması və əsas texniki yoxlamaların izahını anlama bacarığı;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat qaydalarına dair ümumi məlumat;
  • Avadanlıq və alətlərin adları, istifadə məqsədi və təhlükəsiz istifadəsi barədə baza səviyyəsində biliklər.


🎯 Təklif edirik:

  • Sahədə real şəraitdə praktiki təcrübə qazanmaq imkanı;
  • Təcrübəli mexaniklərin rəhbərliyi altında peşəkar bacarıqların inkişafı;
  • Yaxşı nəticə göstərən iştirakçılar üçün uzunmüddətli əməkdaşlıq imkanı və karyera yüksəlişi;
  • Təcrübə müddətinin sonunda rəsmi tövsiyə məktubu və iştirak sertifikatı.

Vakansiya haqqında

Son tarix

September 10, 2025

Paylaşılıb

avqust 11, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1 ilədək

Vəzifə dərəcəsi

Gənc mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı