Müəssisənin anbarında olan toxumluq çiyid və texniki çiyid məhsullarına nəzarət etmək, alıcılar və tədarükçülərlə əlaqə qurmaq;
Məhsulun tədarükü zamanı vaxt itkisinin qarşısını almaq üçün müvafiq sənədləri rəsmiləşdirmək;
Texniki material təminatına nəzarət etmək, məhsulun satışı və keyfiyyətinə dair prosesləri izləmək;
Hazır məhsulların işlənib hazırlanmasında iştirak etmək;
Xam pambığın fermerlərdən qəbuluna nəzarət etmək, məhsulun buntlarda saxlanması və emalı üçün zəruri sənədləri hazırlamaq və forma üzrə hesabat aparmaq;
Filial ərazisinin səliqəyə salınması işlərinin həyata keçirilməsi (alaq otlarının təmizlənməsi, ağacların budanması və s.);
Taya yerlərinin təmiri və bərpasını təşkil etmək;
Emaldan çıxan mahlıc nümunələrindən nümunə götürmə təlimatına əsasən nümunələrin götürülməsi və aidiyyatı üzrə mahlıc analizi laboratoriyasına göndərilməsi işinin təşkil edilməsi.
Tələblər
Ali və ya orta ixtisas təhsili;
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
MS Office proqramı üzrə biliklər;
Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı;
Məhsulun keyfiyyət xüsusiyyətlərinin müəyyən edilməsi metodları üzrə biliklər;
Müəssisənin anbar təsərrüfatının təşkili qaydaları üzrə biliklər;
Malların qəbul edilməsi, saxlanması, daşınması və göndərilməsi qaydaları üzrə biliklər.