Prime Cotton
Ana səhifə
/
/
/
Xam pambıq təsnifatçısı (Ağcabədi)

Xam pambıq təsnifatçısı (Ağcabədi)

  • Prime Cotton
  • Ağcabədi şəhər, Ü.Hacıbəyli p-ti 257
  • Tam ştat

Bu gün

21

Təsvir

  • Müəssisənin anbarında olan toxumluq çiyid və texniki çiyid məhsullarına nəzarət etmək, alıcılar və tədarükçülərlə əlaqə qurmaq;
  • Məhsulun tədarükü zamanı vaxt itkisinin qarşısını almaq üçün müvafiq sənədləri rəsmiləşdirmək;
  • Texniki material təminatına nəzarət etmək, məhsulun satışı və keyfiyyətinə dair prosesləri izləmək;
  • Hazır məhsulların işlənib hazırlanmasında iştirak etmək;
  • Xam pambığın fermerlərdən qəbuluna nəzarət etmək, məhsulun buntlarda saxlanması və emalı üçün zəruri sənədləri hazırlamaq və forma üzrə hesabat aparmaq;
  • Filial ərazisinin səliqəyə salınması işlərinin həyata keçirilməsi (alaq otlarının təmizlənməsi, ağacların budanması və s.);
  • Taya yerlərinin təmiri və bərpasını təşkil etmək;
  • Emaldan çıxan mahlıc nümunələrindən nümunə götürmə təlimatına əsasən nümunələrin götürülməsi və aidiyyatı üzrə mahlıc analizi laboratoriyasına göndərilməsi işinin təşkil edilməsi. 

Tələblər

  • Ali və ya orta ixtisas təhsili;
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • MS Office proqramı üzrə biliklər;
  • Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı;
  • Məhsulun keyfiyyət xüsusiyyətlərinin müəyyən edilməsi metodları üzrə biliklər;
  • Müəssisənin anbar təsərrüfatının təşkili qaydaları üzrə biliklər;
  • Malların qəbul edilməsi, saxlanması, daşınması və göndərilməsi qaydaları üzrə biliklər.

Vakansiya haqqında

Son tarix

October 17, 2025

Paylaşılıb

sentyabr 18, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Orta səviyyəli

Təhsil

Bakalavr

Kateqoriya here

Sənaye və Kənd Təsərrüfatı